Bu şirə yüksək təzyiqi aşağı salır

02:57 13-01-2020 | icon 339 | Sağlamlıq
Bu şirə yüksək təzyiqi aşağı salır

Mərsin şirəsinin uzun müddətli istifadəsi yüksək qan təzyiqini azaldır və damarların funksiyasını yaxşılaşdırır.

 

“Medicalxpress” nəşrinin məlumatına əsasən, belə bir nəticəyə Helsinki Universitetinin tədqiqatçıları apardıqları eksperimental araşdırmalar  zamanı gəliblər.

 

Mərsinin tərkibində ürək-damar xəstəliklərinin riskini aşağı salan polifenolların  miqdarı yüksəkdir. Polifenollarla, həmçinin qaragilə, quşüzümü və qara qarağat zəngindir.

 

Təbiət elmləri üzrə magistr Enn Kivimyaki mərsin, quşüzümü və qaragilə şirələrinin xüsusiyyətlərini araşdırıb. Siçovullar üzərində aparılan eksperiment zamanı o müəyyən edib ki, durulaşdırılmış mərsin şirəsi təzyiqi əhəmiyyətli dərəcədə aşağı salır, tərkibində böyük miqdarda polifenol olan şirə, həmçinin qan damarlarının pozulmuş funksiyasını bərpa edir.

 

Nəticələr təzyiqi bir az yüksək olan insanlar üzərində sınaqdan keçirilməlidir. Alim qeyd edir ki, dərman əvəzinə onlara həyat tərzini dəyişdirməyi və düzgün pəhriz saxlamağı tövsiyə etmək olar. Eyni zamanda, Kivimyaki vurğulayıb ki, mərsin şirəsi dərmanları tamamilə əvəz etmir və yalnız ümumi terapiyaya əlavə olaraq məsləhət görülə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi