Bədəndə səbəbsiz göyərmələr varsa....

03:21 13-01-2020 | icon 701 | Sağlamlıq
Bədəndə səbəbsiz göyərmələr varsa....

Leykoz – qana bağlı onkoloji xəstəlikdir. Qan xərçəngi və leykemiya da deyilir. Çox zaman azyaşlı uşaqlar, yeniyetmə və gənclərdə rast gəlinsə də, leykozun yaşı yoxdur. Daha böyük yaşlı insanlarda da ola bilər.

 

.

 
Leykoz zamanı onurğa beyin zədələnir, qan dövranı pozulur.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, leykoz gəlirəm deməsə də, ilkin əlamətlərlə vaxtında sezmək olar. Ona görə hər kəs özündə və validyenlər övladlarında bu əlamətlərə ciddi diqqət etməlidirlər.
 
 
Əlamətlər:
 
 
1. Təngnəfəslik, nəfəsin tıxanması, gəzəndə nəfəsin çatmaması, tövşümə
 
Leykoz zamanı qanda trombositlərin miqdarı kəskin azalır, ona görə ağciyər və orqanlara oksigen təminatı pozulur. İnsan əvvəl iş görəndə, çox gəzəndə, daha sonra elə ev içində, sakit halında tövşüyür, nəfəsi sanki çatmır, təngnəfəs olur.
 
2. Tez yorulur, xroniki halsızlıq
 
Qanda trombositlərin az olması yorğunluğu artırır, insan yerindən qalxmağa ərinir.
 
3. Bədən səthində irili-xırdalı göyərmələr
 
Əgər bir yerə bərk toxunmadan, yatıb səhəri qalxıb qollar, diz, bel, ayaqlarda göyərmələr, qançırlar görürsünüzsə bu artıq trombositlərə bağlı simpomdur. Bir səbəbi də leykozdur.
 
4. Limfa düyünlərinin böyüməsi
 
Limfa düyünləri bir çox xəstəliklərdə, iltihabda şişdiyinə görə şişib sonra çəkilir. Ona görə bu əlamət sizi qorxutmasın. Amma əgər limfa düyünləri ilin 3-5 ayını elə böyük, şiş qalırsa və yaxşılaşma olmursa, bu artıq ciddi səbəbdir.
 
5. Dəridə qırmızı nöqtə və ləkələrin yaranması
 
Bu ləkələr uzun müddət getmir və əksinə artır.
 
6. Gecələr tərləmə
 
Qızdırma olmasa da gecələr səbəbsiz tərləmə də leykoza işarə ola bilər
 
7. Burundan qan açılma, yaraların gec sağalması
 
Qanın laxtalanması pozulduğu üçün qan çox duru olur və burundan tez-tez qan açılır.
 
Əgər siz bu əlamətlərdən ibarət kliniki təzahür və mənzərə görsəniz, o zaman təcili həkimə müraciət edin.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir