"Nəsimi irsinin Azərbaycan multikulturalizmində rolu” adlı təlim keçirilib

10:58 13-01-2020 | icon 1243 | Mədəniyyət
"Nəsimi irsinin Azərbaycan multikulturalizmində rolu” adlı təlim keçirilib

Neftçala rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclər Fondunun 13-cü Qrant müsabiqəsinin “İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar layihələr” istiqaməti üzrə “Nəsimi irsinin Azərbaycan multikulturalizmində rolu” layihəsi çərçivəsində təlim keçirilib.

 

Versus.Az xəbər verir ki, təlimi giriş sözü ilə aparıcı, Neftçala şəhər Bələdiyyəsinin üzvü Jalə Sərdarzadə açıb.

 

Layihə rəhbəri, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Gülnar Fərhadova layihənin məqsədi barədə iştirakçılara məlumat verib.

 

Layihənin təlimçisi, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov İmadəddin Nəsimi irsindən nümunələrə istinad edərək ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verib.

 

Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Təhsil şöbəsinin əməkdaşları Tarverdi HüseynovƏləkbər Zahidov Nəsimi irsinin öyrənilməsi, mədəniyyətlərarası dialoq, milli və dini maarifçilik və tolerantlıq sahələrində iştirakda yeniyetmə və gənclərin fəallığının artırılmasının vacibliyini vurğulayıblar.

 

Neftçala rayonu İdman və Gənclər idarəsinin baş məsləhətçisi Xanım Ağayeva gəncləri layihə yazmağa həvəsləndirərək icrasına kömək edəcəklərini diqqətə çatdırıb.

 

Fəal gənc Turanə Quliyeva təlimdə iştirakın maraqlı olduğunu, Qrant müsabiqəsinə layihə təqdim edəcəyini qeyd edib.

 

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə Gənclər siyasəti və 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə məlumat verib. O, yeniyetmələrə könüllü fəaliyyətin vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq olduğunu izah edib.

 

Sonda təlim iştirakçılarının sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

Təlimdə 100-dən çox Neftçala məktəblisi və rayon ziyalıları iştirak edib.

AYƏNDƏ DADAŞOVA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI