“Real” titul sayında “Barselona”ya çatıb

11:32 13-01-2020 | icon 1086 | İdman
“Real” titul sayında “Barselona”ya çatıb

İspaniyanın “Real” klubu tarixinin 91-ci tutulunu qazanıb.

 

Versus.Az xəbər verir ki, Madrid təmsilçisi bununla da əzəli rəqibi “Barselona”ya çatıb.

 

“Kral klubu” İspaniya Superkubokunun finalında “Atletiko”nu məğlub edərək (0:0, pen.4:1) bunu rəsmiləşdirib.

 

11-ci dəfə Superkuboku qazanan “Real”ın hesabında 33 çempionluq, 19 ölkə kuboku, 4 Avropa Superkuboku, 13 Çempionlar Liqası, 2 UEFA kuboku, həmçinin klublararası dünya çempionatı və qitələrarası kubokda 7 qələbə var. Madridlilər Yeva Duarte kuboku və Liqa kubokunu da qazanıb.

 

Bu titullardan 9-u indiki baş məşqçi Zinəddin Zidanın hesabındadır. O, madridlilərlə keçirdiyi bütün finallarda qalib gəlib.

 

Fransalı mütəxəssis 3 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku və 2 dəfə dünya çempionatının həlledici matçında iştirak edib və hamısında da qələbə sevinci yaşayıb. /Apasport.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol