“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

12:32 13-01-2020 | icon 1490 | Ədəbiyyat
“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

Yaqub Mahmudov: "Yeni nəşr ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır"

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. O bu kitabın indiyədək bir sıra dillərə - türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə tərcümə olunduğunu qeyd edib.

 

Akademik qeyd edib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub:

"Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir".

 

Y.Mahmudov bildirib ki, Azərbaycan tarix boyunca ən çox torpaq itkisinə məruz qalan dövlətdir: 

"Ona görə Tarix İnstitutu bu məsələyə həssas yanaşır. Biz sərhədlərimizi bilirik, amma tariximizə də sadiqik. Çünki zaman-zaman ərazi iddialarına məruz qalırıq, bunun qarşısını da almağa çalışırıq. Yəni, düşmənlərimizə bildirməliyik ki, Azərbaycan öz tarixi coğrafi torpaqlarını bilir və buna qarşı ərazi iddiası qaldıra bilər".

 

İnstitut direktoru əlavə edib ki, nəşrin İtaliyada, Rumıniyada, Misirdə, Küveytdə və digər ölkələrdə təqdimatı keçirilib:

"Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə Tarix İnstitutunun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb". 

 

Tədbirdə çıxış edən alimlər müasir Ermənistan dövlətinin ərazisinin qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

 

Qeyd edilib ki, almandilli oxuculara təqdim olunan kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, sərhədləri, inzibati bölgüsü, idarəçilik sistemi, mədəniyyəti və xarici siyasətindən, çar Rusiyasının işğalçılıq planlarından, xanlığın çar Rusiyası tərəfindən ələ keçirilməsindən, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin Qacarlar İranından və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələrindən, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsindən bəhs edilir.

 

Tədbir çərçivəsində İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, “İrəvan xanlığı” kitabı Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

 

Kitabın elmi redaktoru və layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, tərcüməçisi və redaktoru isə filologiya elmləri doktoru, professor, Aleksandr fon Humboldt Fondunun laureatı Səadət Zeynalovadır. Yaqub Mahmudov kitaba “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” adlı geniş ön söz yazıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI