Bu, xərçəng riskini artırır

13:30 13-01-2020 | icon 2080 | Sağlamlıq
Bu, xərçəng riskini artırır

Nərminə Abbasova: “Bu xəstəliyin əmələ gəlməsində müxtəlif virus, bakteriya və sitoplazmatik toksinlərin rolu böyükdür”

 

“Qeyri spesifik yaralı kolit bağırsaqların xroniki xəstəliyidir. Xəstəlik özünü etiologiyası məlum olmayan səbəblərdən bağırsaqlarda əmələ gəlmiş destruktiv dəyişiklərlə göstərir. Xəstəlik kəskinləşib ağırlaşmalar verə bilir, qadınlarda kişilərə nisbərən 2 dəfə artıq rast gəlinir”.

 

Yaralı Kolit xəstəliyi barədə Versus.Az-a ətraflı danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova deyir ki, xəstəliyin əmələ gəlməsində müxtəlif virusların, bakteriyaların, sitoplazmatik toksinlərin rolu böyükdür. Həkimin sözlərinə görə, qeyri spesifik yaralı kolitin əmələ gəlməsində hipofiz və böyrəküstü vəzin funksiyasının aktivliyinin azalması da səbəb ola bilir:

 

“Stress səbəbli sinir sisteminin qıcıqlanmalarının asetilxolinə təsiri nəticəsində yoğun bağırsaqlarda peristaltikanın pozulması nəticəsində də qeyi-spesifik yaralı kolit əmələ gələ bilir. Bağırsaqların epirel qatında baş verən hipoksiyalar, bağırsaqların selikli qişalarında baş verən pozulmalar, qidalanma səbəbli mikrofloranın dəyişilməsi qeyri spesifik yaraların əmələ gəlməsinə birbaşa təsir edir. Bu zaman kolonsitlərin hipoksiyası artır, bağırsaqlarda nekrozların əmələ gəlməsi başlayır. Daha sonra qeyri-spesifik kolitin kliniki əlamətləri meydana çıxır”.


Həkim-terapevt vurğuladı ki, xəstəliyin klassifikasiyası 3 cürdür. Bunlar –

- Düz və siqma bağırsaqda əmələ gələn, residivləşən, orta dərəcədə ağırlaşmalarla özünü biruzə verən eroziyalı-hemoragik qeyri-spesifik yaralı kolit;

- Kəskin formalı, tez proqressivləşən bağırsağa toksiki təsir edən, bəzən septik əlamətlərlə özünü biruzə verən qeyri-spesifik yaralı kolit;
- Qeyri-spesifik yaralı kolitin remissiya, latent fazasıdır.


Nərminə xanım bildirdi ki, xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir:


“Xəstəlik özünü qanlı, selikli nəcif ifrazı, temperaturun yüksəlməsi, qarında sancıların olması ilə xarakterizə edir. Düz bağırsağa baxış zamanı şişkinlik və qızartılar görünür. Bağırsağın divarında selikli-qanlı ifrazatın olması diqqəti cəlb edir. Xəstəliyə düzgün diaqnoz qoymaq üçün rektopomanoskopiyanın müayinəsinin nəticələri əsas götürülür. Rentgeneoloji müayinə zamanı patoloji prosesslər və onların ağırlıq dərəcələri müəyyən edilir. Qanın ümumi analizləri zamanı leykositoz və EÇR-in artması meydana çıxır”.

 

Kron xəstəliyi kimi xoralı kolitin də səbəbi və mexanizminin dəqiq bilinmədiyini qeyd edən həkim-terapevt genetic, infeksion, immune və diet kimi amillərin rolunun ehtimal olunduğunu vurğuladı:

 

“Ehtimal edilir ki, immun, infeksiyon və digər zədələyici amillər mukozada iltihabi proseslərin daimi şəkildə getməsinə səbəb olur. İltihabi proses davam etdikcə, selikli qişada patoloji dəyişiklər də dərinləşir. Başlanğıcda selikli qişada xoralar və kript abseslər meydana gəlir. Sonra selikli qişanın ödemləşməsi və xoraların dərinləşməsi nəticəsində psevdopolip görüntüsü meydana gəlir. Gec mərhələlərdə selikli qişada son mərhələ dəyişiklilər baş verir. Məsələn selikli qişa çökür, qırışlar itir, ağır dərəcəli displaziya görünür, bağırsaq boru şəkilini alır. Mənfəz adətən daralmır, lakin bəzən strikturalar ola bilər. Selikli qişada baş verən iltihabi dəyişikliklər və xoralar ishala və qanaxmalara səbəb olur. Uzunmüddətli displaziya isə xərçəng riskini artırır”.

 

Nərminə xanım bildirdi ki, Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə iltihabi prosesin yayılması fasiləsizdir, perianal patologiyalar olmur:

 

“Xoralı kolitdə refluks ileit ola bilər ki, bu da iltihabi mediatorlarla zəngin yoğun bağırsaq möhtəviyyatının ileuma geri qayıtması nəticəsində törənən iltihabdır.

Xoralı xolit kəskinləşmə və remissiya fazaları ilə gedən xroniki xəstəlikdir. Kəskinləşmədən sonra xəstələrin təxminən 60%-i konservativ müalicəyə tabe olaraq remissiya fazasına daxil olur, 15%-i uzunmüddətli müalicə ilə yaxşılaşır, 25%-inə isə müalicəyə tabe olmadığına və ya ağırlaşmalara görə təcili kolektomiya lazım gəlir.

Proktiti olan xəstələrdə proksimala doğru yayılma ehtimalı 50%, proktosiqmoidtlərin pankolitə keçmə ehtimalı isə 10% təşkil edir.

Remissiyadakı xəstələrin təxminən 67%-ində 10 il ərzində təkrar kəskinləşmə baş verir. Yayılma dərəcəsi artdıqca, konservativ müalicəyə tabe olmama və ağırlaşma ehtimalı da artır.

Proktitlərdə əməliyyat ehtimalı 10 ildə 1%, sol kolitdə isə 25% təşkil edir.

Xoralı kolitdə əksər hallarda iltihabi proses selikli qişa və selikaltı qat səviyyəsində olduğuna baxmayaraq, 10-15% hallarda proqresssivləşərək divarın bütün qatlarını və bağırsağın proksimal hissələrinə yayıla bilir ki, bu da ağırlaşmalara zəmin yaradır”.

 

Həkim-terapevt qeyd etdi ki, xəstəliyin ağırlıq dərəcəsinin təyini üçün klinik və endoskopik klassifikasiyalardan istifadə edilir. Onun sözlərinə görə, ən çox tövsiyə olunan klassifiakasiya Montreal klinik dərəcələndiriliməsidir ki, ishal sayı, toksik əlamətlər və laborator göstəricilər nəzərə alınır:

 

“Xoralı kolitin müalicəsində əsas hədəf kəskin fazanı söndürmək və uzunmüddətli remissiyanı təmin etməkdir. Müalicəsi üçün konservativ və cərrahi tədbirlər mövcuddur”.

 

DİQQƏT!

Əgər yaralı kolit xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər