“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması yekunlaşmaq üzrədir

15:25 13-01-2020 | icon 707 | Sosial
“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması yekunlaşmaq üzrədir

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması artıq yekunlaşmaq üzrədir.

 

Versus.Az xəbər verirki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun 2019-cu il üçün illik hesabatında bildirilib.

 

Qeyd olunub ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinə (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) uyğun olaraq ikinci böyük layihənin həyata keçirilməsi başa çatmaq üzrədir. Məlumata əsasən, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası"nın hazırlanması ilə bağlı kompleks işlər görülüb, 3 davamlı və uzunmüddətli ekspedisiya təşkil olunub, Qarabağ Regional Mərkəzinin lal xəritəsi, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının proqramı”, “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti”, “Azərbaycan dilinin Qarabağ şivələri” monoqrafiyaları hazırlanıb.

 

Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Kəlbəcər, Xocalı, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi rayonlarından toplanmış materiallar tədqiqat işində önəmli yer tutub. Həmin rayonlardan yalnız dialektoloji material deyil, həm də Qarabağın tarixi abidələrini, etnoqrafiyasını, kulinariyasını, təbiətini əks etdirən materiallar da toplandığı bildirilib. Yaxın günlərdə Qarabağ dialektololoji atlasının tərtibi ilə bağlı son işlər görülərək nəşriyyata təqdim olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı