DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib
"Prezident İlham Əliyevin başlatdığı islahatlara dəstək məqsədilə 9 fevral növbədənkənar parlament seçkilərinə qatılan partiya üzvlərimizin sayı artır".
Versus.Az xəbər verir ki, bu barədə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
Partiya sədri qeyd edib ki, DADP-ın ən fəal üzvlərindən biri, DADP sədrinin Xaricdə yaşayan soydaşlarımızla iş üzrə müavini Zəhra Aslanovanın da namizədliyi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeydə alınıb:
"Mən Zəhra xanımın potensialına bələdəm. Zəhra xanım vətənpərvər və ziyalı bir insandır. Xalqa can yandıran, imkanı daxilində hər kəsə kömək etməyə çalışan ictimai fəallardandır. Şabran-Siyəzən seçicilərinin belə bir layiqli namizədə səs verəcəklərinə əminəm".
Partiya sədri bütün DADP üzvləri adından Zəhra Aslanovaya parlament seçkilərində qələbə arzulayıb.
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"