Elçin Alıoğlu İqbal Ağazadədən YAZDI

11:57 16-01-2020 | icon 992 | Köşə
Elçin Alıoğlu İqbal Ağazadədən YAZDI

Sadəcə, Vətəni sevəni Vətən üçün seçmək gərəkdir

Parlament marafonu başlandı. Milli Məclisdə təmsil olunmaq üçün namizədliklərini irəli sürən və rəsmi qeydiyyatdan keçmiş bütün iddialarılara uğur diləyirəm.

 

Uğur onlara çox gərəkdir, çünki seçici səsləri uğrunda mübarizədə siyasət qanunları ilə yanaşı, cüzi də olsa fatalizm sözünü deyir.

 

Namizədlər arasında illərdən bəri fəaliyyətini diqqətlə izlədiyim və Milli Məclisin yeni heyətində təmsil olunmalarını arzuladığım şəxslər də var.

Az deyillər, amma çox da sayılmazlar.

 

Hər biri müstəqil, səbatlı, dəyanətli, intellektual, ən başlıcası isə millətin maraqları ilə dövlətin mənafelərini ən ümdə nəsnə, amal və qayə sayanlardır.

Onların barəsində fikirlərimi çox qısa ərz etmək istəyirəm.

 

İlk əvvəl "Ümid" Partiyasının sədri İqbal Ağazadədən başlayaq.

Nədən ki, Qarabağ qazisidir, təcrübəli siyasətçidir, iki çağırış Milli Məclis üzvü olub. 51 yaşlı İqbal Ağazadə ixtisasca şərqşünas və hüquqşünasdır, iki universitetdə 5 il dərs deyib. Ölkəmizin Braziliya, İordaniya, Türkiyə ilə münasibətlərinin formalaşmasında və inkişafında ciddi əməyi olub. 2008 və 2013-cü illərdə prezident seçkilərinə namizəd qismində qatılıb. Çox üstün ritorluq qabiliyyəti, diskutiv bacarığı var, biliklidir, xarizması, qanunvericiliyə bələddir və ən başlıcası, müxalifətin real, normal və adekvat təmsilçiləri arasında əlahiddə yer tutur. Onun üçün yeganə maraq millət və dövlətdir. Və bu, illərdən bəri dəyişməyən, konseptual mövqedir.

 

Fransada "savadlı, vicdanlı və qətiyyətli veteran" ifadəsi var. Fransızlar ölkə uğrunda savaşa qatılan, sonra isə keyfiyyətli təhsi alıb sahəsinin peşəkarı olan insanları belə adlandırırlar. Fransızlar belə veteranların qanunverici orqanlarda təmsil olunmalarına həmişə üstünlük veriblər.

 

Niyə? "Le Parisien"dən iqtibas: "Vətən üçün vuruşan, sonra korrupsiyaya və rüşvətə bulaşmayan, gözəl təhsili və saf əqidəsi olan fransız bizim sərvətimizdir".

 

İsraildə də belədir. İsrail ordusunun (SAXAL) veteranları siyasətdə ən üst səviyyədə təmsil olunublar. Daha doğrusu, İsrail siyasətində orduda xidmət etmiş, dəyişməz mövqeyi ilə seçilən, ölkənin düşmənlərinə qarşı amansız mövqe tutan şəxsin istənilən seçkidə uğur qazanması əsla çətin məsələ deyil.

 

Və ən nəhayət, ABŞ-da da eyni vəziyyətdir.

 

Analogiyalar çoxdur, uzatmaq istəməm.

 

Sadəcə, Vətəni sevəni Vətən üçün seçmək gərəkdir.

Budur seçim.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı