"Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər"

13:48 16-01-2020 | icon 695 | Hadisə
"Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər"

Daxili İşlər Nazirliyi (DİN) Ermənistanda girovluqda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun ittihamlarına cavab verib.

 

Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun rəhbəri Eşqin Qasımov bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib:

“Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izah olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq K. Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsgərov girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər. Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası  Şəmkir rayon Polis  Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”.

 

Qeyd edək ki, K.Əsgərov atasına məxsus silahın polis tərəfindən müsadirə edildiyini açıqlayıb. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı