Gənc və aktiv həyat tərzi sürən xəstələrə məsləhət görülür ki...

14:37 16-01-2020 | icon 985 | Sağlamlıq
Gənc və aktiv həyat tərzi sürən xəstələrə məsləhət görülür ki...

Nərminə Abbasova: “Hər yaş qrupunda degenerasiyaya bağlı meniskus yırtığı rastlana bilər”

 

Bu gün demək olar ki, əksər insanlarda diz ağrılarından şikayətlər olur. Bəzən həkim müayinəsindən keçdikdən sonra bəlli olur ki, ağrının kökü onurğa problemləri ilə bağlıdır. Hətta diz ağrılarına ötəri yanaşıb həkim yoxlanışından vaz keçənlər də olur. Amma bilmirik ki, diz probleminin də müalicəsiz qalması əlilliyə aparır.

 

 

Saytımızın həkimi Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bu dəfə oxucularımıza Meniskus yırtıqlarından bəhs edib.

 

Həkim-terapevt deyir ki, bədənimizdə ən sıx yaralanan bölgələrdən birisi də meniskuslarımızdır. Meniskuslar diz içində bud və qamış sümüyünün kəsişdiyi bölgədə “C” şəklində mövcud olan qığırdaq yastıqcıqlardır. Dizdə yuvarlaq bud sümüyü ilə düz qamış sümüyünün uyğun oynaq əmələ gətirməsi, yükün daşınması, bir neçə yöndə dönmə hərəkəti edə bilməsi, bud və qamış arasında güc balansının təmini kimi funksiyaları yerinə yetirir:

 

 “Futbol kimi qarşılıqlı təmas idmanlarında dizin dönməsi, ani hərəkətlərdə meydana gələn qatlanma, tək diz üstünə yük düşməsi sonrasında meniskuslar yırtıla bilər. İdmançılarda bu yaralanmalarla yanaşı ön xaçabənzər bağ qopması da görülə bilər. Yaşlı xəstələrdə isə dizdə olan degenerasiya və qığırdaq probleminə bağlı olaraq, travma almadan da meniskus yırtığı yarana bilər. Bununla yanaşı hər yaş qrupunda degenerasiyaya bağlı meniskus yırtığı rastlana bilər”.

 

Maraqlıdır, bəs bu xəstəliyin əlamətləri necədi və şikayətlər əsasən nədən olur? Nərminə xanım bildirdi ki, diz içindən eşidilən səslər yırtığın ilk əlamətləri ola bilər:

 

“Həkiminizə problemin hansı travma ilə necə başladığını deyin. Həkiminiz müxtəlif manevralarla dizinizi müayinə edəcəkdir. Başqa patologiyaların müqayisəsi üçün rentgen və maqnit rezonanas tomoqrafiya (MRT) istəyə bilər. Diz kilitli halda olduqda artroskopik müayinə təklifi gələ bilər. Meniskus yırtıqları bir neçə tipdə görülür. İdmançılarda dönmə sonrası əmələ gələn şaqüli və ya vedrə qulpu şəklində yırtıqlar, gənc atletlərdə tez-tez təkrarlanan tip travmalar sonrası əmələ gələn radial və ya dimdik şəklində yırtıqlar, yaşlı xəstələrdə qığırdaq patologiyası ilə əlaqədar yaranan üfüqi ya da iç tərəf yırtıqları misal göstərmək olar”.

 

Həkim-terapevt qeyd etdi ki, meniskus yırtıqlarının müalicəsi RİCE olaraq qısaldılmış protokolla başlanır. İistirahət, buz tətbiqi, bandaj sarılması, dizin yüksəkdə tutulması prosedurlarından istifadə edilir:

 

“Bu müalicə sonrasında dizdə kilitlənmə və xroniki ağrılar inkişaf etməzsə, əlavə proseduraya gərək qalmaya bilər. Meniskusun ancaq bayır 1/3-də (oynaq zarına yaxın-red.) hissəsində qan dövranı vardır. Bu nahiyədəki yırtıqlarda menisk öz qan dövranı sayəsində sağala bilər. İç 2/3 hissəsində sağalma görülmür. Yenə də bunu yaddan çıxarmamaq lazımdır ki, hər yırtılan menisk ağrı verməyə bilər. Meniskus sağalmadıqda və şikayətlər davam etdikdə cərrahiyyə planlanır. Yırtıq və şikayətə səbəb olan meniskus yırtıqları əməliyyat edilmədikdə, qığırdaqda yeyilmə və gələcəkdə duzlaşmaya səbəb olur. Gənc və aktiv həyat tərzi sürən xəstələrə meniskus yırtıqlarının əməliyyat edilməsi məsləhət görülür. Həkiminiz yırtığın tipinə, yanaşı gedən başqa patologiyaya, xəstənin yaşına görə müalicə planlayacaq. Cərrahiyyə sonrası rehabilitasiya müalicənin əhəmiyyətli bir parçasıdır”.

 

DİQQƏT!

Əgər meniskus yırtıqları haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı