Startap şəhadətnamələrinin verilməsinə dair tələb olunan əsas meyarlar açıqlanıb

16:32 16-01-2020 | icon 760 | İqtisadiyyat
Startap şəhadətnamələrinin verilməsinə dair tələb olunan əsas meyarlar açıqlanıb

Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələrinin verilməsinə tələb olunan əsas meyarlar açıqlanıb.

 

Versus.Az xəbər verir ki, 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, əsas meyarlar sırasına startapların yeni texnologiyalara əsaslanan istehsal sahəsinin mövcudluğu, mikro və kiçik sahibkar subyekti olması, həmçinin müəyyən reyestrdən keçməsi zəruridir.

 

Öz növbəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov əlavə edib ki, bu meyarların razılaşdırılması kifayət qədər uzun və məsuliyyətli proses oldu.

 

“Meyarlar o formatda hazırlanmalı idi ki, burada bir tərəfdən innovativ fəaliyyət üçün güzəştlər tətbiq edilsin, digər tərəfdən isə vergi güzəşti sui-istifadə elementinə çevrilməsin və ədalətsiz rəqabətə gətirib çıxarmasın. Biz kifayət qədər əminik ki, qəbul olan müvafiq qanunvericilik çərçivəsi bizə bu imkanı verir. Növbəti məsuliyyət zonamız inzibatçılığıdır və biz inanırıq ki bu sahədə də bizim bilik, bacarığımız, resurs və istəyimiz mövcuddur”, - deyə M. Cabbarov qeyd edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı