2016-cı il aprel ayında ermənilərin atəşkəsi pozması nəticəsində 2 günlük qızğın müharibə başladı. Həmin müharibədə Azərbaycanımızın ərazi bütövlüyü naminə canından və qanından keçib şəhidlik zirvəsinə ucalan qardaşlarımızdan biri də Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü, 2 oğul atası Əhmədov Rüstəm Oruc oğlu oldu.
Versus.Az-ın məlumatına görə, 2 bacının bir qardaşı olan Rüstəm aprel döyüşlərində özü ilə bərabər 18 əsgərin həyatını xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhid olub.
Yaxın günlərdə Djb.az saytının əməkdaşı olaraq Rüstəmgilin asiləsini ziyarətə getdiyimizdə qapını üzümüzə açan şəhidimizin atası üzü nurlu Oruc ata kədərli və sevincli baxışları ilə bizi evinə dəvət etdi. Gəlişimizin məramını Oruc ataya bildirdikdə Oruc ata ilə bərabər anası Saqibə ananın üzündə sevinc göz yaşları göründü. Məramımız Rüstəmə video hazırlamaq olduğundan bu təklifimizi dəyərləndirib razılıq əldə etdikdən sonra çəkilişimizə başladıq.
Versus.Az Djb.az-ın xüsusi müxbiri Samin Tağıyevin hazırladığı videonu təqdim edir.