Üzənləri videoya çəkən yeniyetmə onları köpək balığından xilas etdi - VİDEO

08:19 18-01-2020 | icon 691 | Maraqlı
Üzənləri videoya çəkən yeniyetmə onları köpək balığından xilas etdi - VİDEO

Avstraliyanın Forster şəhərində  yeniyetmə oğlan dronu sayəsində üzən şəxslərə yaxınlaşan ağ köpək balığını görüb və onları xilas edib.

 

Bu barədə “The Sun” nəşri xəbər yayıb.

 

17 yaşlı Kemeron Qreys ailəsi ilə birlikdə Forsterdə dincəlirmiş. Həmin gün o Meyn biç çimərliyində kvadrokopterini havaya qaldırıbmış.

 

Çəkiliş zamanı gənc üzgüçülərin cəmi bir neçə metrliyində böyük ağ köpək balığı görüb. Gənclər isə bundan xəbərsiz halda üzüblər.

 

Qreys gördüklərini xalası Reyçel Uolterə danışır. O da öz növbəsində dərhal suya tərəf qaçaraq, üzgüçüləri təhlükə barədə xəbərdar edir.

 

“Mən suya tərəf qaçıb, əllərimi havada yelləməyə və onları sahilə çıxmağa çağırdım. Onlar nə baş verdiyini anlamırdılar”, - deyə R.Uolter baş verənləri şərh edib. 

 

Qeyd edilir ki, adamyeyən-köpək balığı kimi də tanınan yırtıcı balıq 2,5 metr uzunluqda olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür