Şəhid ailəsinə tibbi yardım göstərilib

09:05 18-01-2020 | icon 1304 | Sağlamlıq
Şəhid ailəsinə tibbi yardım göstərilib

Azərbaycan Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədr müavini Qəzənfər Aloyev tərəfindən şəhid ailələrinə növbəti tibbi yardım aksiyası Qəzənfər Aloyevin rəhbərlik etdiyi Mayomed Medikal Fizioterapiya və Reabilitasiya mərkəzi klinikasında təmənnasız həyata keçirilib.

 

Versus.Az-ın məlumatınagörə, Qəzənfər Aloyev bu aksiyasını davam etdirəcəyini deyib və şəhid ailələrinə hər zaman yardım etməyə hazır olduğunu bildirib.

Bu dəfə şəhid Milli Qəhrəman Məhərrəm Seyidovun ailə üzvləri müayinə və müalicə üçün klinikaya dəvət olunublar.

 

Klinikanın baş həkimi Nərminə Abbasova şəhid ailələrinin müayinə və müalicəsi üçün nə lazımsa yerinə yetirəcəyini söyləyib.

 

Klinikanın kollektivi şəhid ailəsini gülər üzlə qarşılayıb müayinə ediblər.

 

Xəstələri klinikanın qocaman terapeft həkimi İskəndərov Bəhlul Mehdi oğlu müayina edib.

 

Bəhlul həkim xəstələrə bir çox məsləhət də verib. O, xəstəliklərin gecikməsinə imkan verməməyi, həmin həkimə müraciət etmələrini deyib. Xəstəliyin xroniki hala keçdikdən sonra müalicəsinin çətinliyini və uzun müddətə getdiyini qeyd edib.

 

Sonra ultrasəs müyinəsini keçib, lobarator analiziləri verilib.

Alınan cavablardan sonra müalicəyə başladılıb.

 

Azərbaycan Milli Qəhrəmanlar Tanıtma və İctimai Birliyinin sədri Elşən Uluxanlının şəhid ailələrinə hər çür yardım edilməsi təşəbbüsü hər zaman həyata keçirilir. /diaspornews.az

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı