Başla daşın, daşla xaşın siyasi striptizi

12:03 26-04-2018 | icon 475 | Köşə
Başla daşın, daşla xaşın siyasi striptizi

...Qazandakı azadlıq

 

İGİD TEYMURLU

 

Bizdə sözlə əməl cilalanmır. Sözdə bir, əməldəsə başqa cürük. Torpaqların azadlığından danışırıq, ancaq övladlarımızın müharibədə iştirakını istəmirik. AZADLIQSA NİMÇƏDƏ VERİLMİR.

 

Müxalifət hakimiyyəti ittiham edir - xalqın seçkiylə maraqlanmamasına görə. Boykotçu müxalifət deyir ki, xalqın önəmli bir hissəsi seçkiylə maraqlanmır? Onda bəs siz kimsiniz və sizi xalqın düşüncəsindən kənar nə maraqlandırır? Deməli, özəl MARAQLAR HƏR ŞEYİ ÜSTƏLƏYİB.

 

Başaq birisi “quşu” gözündən vurur. Artıq müxalifət fəsilləri ayırd edə biləcək səviyyəyə çatıb və hətta yarpaqların belə hara düşəcəyini bilir. İndiki Milli Şurada olanlar başqa siyasi partiyaları ittiham edəndə vaxtilə  Səxavət Əlisoyun “Müsavat seçkiyə pula görə qatılmışdı” (???????-müəllif) fikrini də unutmasınlar. Deməli, o zaman “milli” olmayanlar  hakimiyyətin və Qərbin istəyincə bunu demək istəyiblər: PAPAQ ELƏ, İŞİMİZİ BİLƏK.

 

Atalar deyir ki, baş başa dəyməyincə daş yerindən qalxmaz. Demokratik cəmiyyətlərdə seçki vətəndaşın başına düşən daşı kənara tullamaq üçün istifadə olunan vasitədir. Gah seçkiyə qatılıb, gah da imtina etməksə cəmiyyət üçün qorxulu olan ikidilli insanların gedişidir. İKİ QİBLƏYƏ NAMAZ QILINMAZ.

 

Özünü olduğundan qat-qat artıq göstərməyə çalışan bəzi siyasi qüvvələrin başlarında hələ də köhnə hava qalıb. Başlarını daramaq istəsələr də, tükün yoxluğunu nəzərə almırlar. Məhsul yığımı da deyilənləri təsdiqləyir. Özünə “ana, real” adı verən müxalifət öz ənənəsinə uyğun olaraq bir şeyi təsdiqlədi: GERÇƏK POTENSİALIN SIFIR SƏVİYYƏSİNDƏ OLMASIYLA BAĞLI HAKİMİYYƏTƏ VƏ QƏRB DÜNYASINA MESAY YOLLADI.

 

Deyir daş  dəyənə, yol da gedənə bəllidir. “Millətimiz qara durna taleyi yaşayır” - yəni, yumurtadan çıxan kimi elə hey bir-birinin başına döyəcləyir. Mücərrəd isimlərin başına döyəcləməklə isinmə hərəkətləri edən qüvvələr  mitinqlər yoluyla QOLLARININ AÇILMALARI  ÜÇÜN DAŞ ATIRLAR.

 

Ötən zaman kəsiyində hakimiyyətin atdığı addımlar və buna müqabil müxalifətin taktiki gedişləri hər kəsə bəllidir. Boykotçu müxalifətin dediyi “şərtlər” illər uzunu həllini tapmayıbsa, ikicə günün içində həllini necə tapar?! Sadəcə olaraq bu, əslində özünü sığortalamaqdır. Guya hakimiyyətin evi avardan idi, boykotçuların gedişilə buna gilavardan od düşəcək. SİYASİ DÜZƏNDƏKİ SONRAKI YAŞAM SIĞORTALANIR.

BANAN NÖVBƏSİNƏ DAYANMAĞIN SONUCU SURİYALILARI LAGER PROBLEMİYLƏ ÜZ-ÜZƏ QOYDU, FƏRQİNDƏSİNİZMİ!?.

 

İndi kimi dindirirsən, “bu, bir oyundur” deyir. Hakimiyyət müxalifətin, müxalifət hakimiyyətin, cəmiyyət də hər ikisinin etdiklərini, dediklərini “oyun” adlandırır... Yəni, biz bunca oynağan millətik??? Azərbaycanda kimisi BAŞ.., kimisi DAŞ..., kimisi də XAŞ hayındadır... Ortaliqda Başla Daşın, Daşla Xaşın siyasi striptizi nümayiş olunur. Azadliq da deyəsən nimçə üstündə verilmirmiş, qazandaymış. NƏ YAZIQ Kİ, DAY QAZANLAR DA QAYNAMIR, çünki nə qazanın altı var, nə də altında yandırmağa çırpısı...

 

P.S: KASIBIN DÖRD DÜŞMƏNİ VAR: İTDİ, BİTDİ, MOLLADI, BİR DƏ YASAVUL...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür