Uşaq evində müəllimin azyaşlını döyməsi ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb

13:42 18-01-2020 | icon 426 | Hadisə
Uşaq evində müəllimin azyaşlını döyməsi ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb

Bakıda uşaq evində müəllimin azyaşlını döyməsini özündə əks etdirən video görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

 

Versus.Az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, həmin görüntülərlə bağlı Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yerləşən 2 saylı uşaq evində tərbiyəçinin azyaşlını döyməsinə dair görüntülər yayılıb.

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yayılan həmin video görüntülərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

 

Bildirilib ki, qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən, dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol