Mənzil və avtomobillə təmin edilən 20 Yanvar şəhid və əlil ailəsinin sayı açıqlanıb

14:18 18-01-2020 | icon 574 | Sosial
Mənzil və avtomobillə təmin edilən 20 Yanvar şəhid və əlil ailəsinin sayı açıqlanıb

“2006-cı il yanvarın 19-da ölkə başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təsis edilib. Bu Fərmana əsasən 20 Yanvar şəhidləri fəxri adı almış şəxslərin ailələri 100 manat, I dərəcə əlilliyi olanlara 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 210 məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri verilir”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu təqaüdlərlə bərabər 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 110 manat aylıq müavinətlər ödənilir:

“20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq sosial müavinət ödənilir. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə də 93,5 manat məbləğində əlavə hesablanıb. 20 Yanvar hadisələri ilə əlaqədar Şəhid olmuş şəxslərin ödənişli əsaslarla oxuyan uşaqlarının orta ixtisas təhsil müəssisələrində, Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat və magistratura səviyyəsində, AMEA-nın magistratura səviyyəsində təhsil haqqı 2014-2015-ci il tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödənilir”.

 

Nazir müavini qeyd edib ki, bununla yanaşı, 20 Yanvar əlillərinin, şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və avtomobillə təmin edilməsi istiqamətində də məqsədyönlü işlər aparılır:

“Nazirlik tərəfindən bugünədək 116 20 Yanvar əlil və şəhid ailəsi mənzil, 92-si isə avtomobillə təmin edilib. Xüsusilə olaraq qeyd edim ki, 2019-cu ildə 34 20 Yanvar şəhidi ailəsi mənzillə təmin olunub”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər