Bu yay Azərbaycana gələ bilmədik

09:23 20-07-2017 | icon 1347 | Uşaq Dünyası
Bu yay Azərbaycana gələ bilmədik

Aliyə Abdurazakova

Salam. Mən Aliyə Abdurazakovayam. Rusiyanın Novosibirsk şəhərində yaşayıram. Anam deyir ki, biz burada atamın işiylə əlaqədar yaşayırıq.

Mənim özumdən böyük bir qardaşım var, adı Muraddır. Balaca bacım da var – Mədinə.

Bu il mən ikinci sinifi bitirdim. Dərslərimi yaxşı oxuyuram.

Sizə öz bacarığımdan, müəllimlərin məni necə tərifləməyindən danışmaq istəyirəm.

Müəllimə hərdən bizə proekt hazırlamağı tapşırır. Bir dəfə də “Həyat bilgisi” dərsindən göllər movzusunu keçəndə mən Azərbaycanın gölləri haqqında proyekt hazırladım. Müəlliməm və sinif yoldaşlarım təqdimatımı çox bəyəndilər. Və dedilər ki, “Aliyə, sizin nə gözəl gölləriniz var”. Mən bundan cox qürurlandım. Çünki mən öz vətənimi çox sevirəm. Hər il yay tətilini səbirsizliklə gözləyirəm. Ona görə ki, yay tətillərində vətənimizə gəlirik. Bu yay isə biz Azərbaycana gələ bilmədik. Buna görə çox üzüldüm. Azərbaycandakı dostlarım, xalalarım üçün çox darıxıram.

Amma tətilə çıxandan rəqs məktəbinə gedirəm. Evə gələndə öyrəndiyim hərəkətləri bacıma da öyrədirəm. Rəqsə yeni başladığıma baxmayaraq, müəlliməm hərəkətləri tez öyrəndiyimi deyir. Mən də uşaqlarla birgə şəhər tədbirində çıxış etdim. Sonra mənə buna görə diplom verdilər. Mən də bu sevincimi sizlərlə bölüşmək istədim.

Bu qədər, hələlik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol