ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

09:35 19-01-2020 | icon 1156 | Köşə
ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

VƏ SƏRRAST ATƏŞİN XƏQANİ CƏFƏROV NÜMUNƏSİ

 İGİD TEMURLU

 

Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri ELMAN ELDAROĞLUnun bir statusunu oxudum. Növbədənkənar parlament seçkisində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliklərini vermiş şəxslər və keçiriləcək seçki kampaniyasında iştirakçılıqlarına müqabil Elman bəyin onlara olan münasibətiyə bağlı idi bu status. "Atəş"dən yayınmaq üçün tam neytral bir mövqe sərgiləmiş Elman qardaşım. Olsun....

 

Ancaq lütfən, heç kim məndən inciməsin. Yardımlıdan olan birisi kimi mən də gördüyüm qədəri söyləmək məcburiyyətindəyəm. Hər şeydən öncə onu bildirim ki, ELMAN BƏYİN NEYTRAL MÖVQEYİ heç də namizədlərə olan eyni münasibəti deyil, daha çox qələm dostumun etibarlı sığınacağa çəkilmək görüntüsünü özündə ehtiva edir. SEVGİM VƏ SAYĞIM Elman bəyə böyük olduğu üçün kənardan görünənləri Ona doğru yönəldib elə başqalarına da ərz edirəm..

 

NAMİZƏDLƏRLƏ BAĞLI: Əgər Türk Dünyasının AĞSAÇLILARIndan Biri olan SABİR RÜSTƏMXANLI Yardımlı rayonundan öz namızədlıyını verərdisə, fərd olaraq mən Ondan başqa heç kim haqqında bircə kəlmə də yazmazdım. Sabir Rüstəmxanlının kitablarından necə mübarizə aparmağı öyrənən bizlərin dövlətçiliyimizə və millətçiliyimizə münasibətdə öz işgüzar potensialımızı Rüstəmxanlı ilə eyniləşdirə bilməyimizə hələ çox var. Rüstəmxanlının yazdığı kitabların çəkisi onu hədəf seçənlərin çəkisindən dəfələrlə artıqdır. Yaxşı ki, Rüstəmxanlı elə bu dairədən öz namizədliyini vermədi....

 

Polkovnik leytenant, Qarabağ Qazisi, APREL Döyüşünün Fədailərindən olan XƏQANİ CƏFƏROVUN öz namizədliyini irəli sürməsi məhz bundan sonra mənim diqqətimi çəkdi. Hələ bundan öncə də biz bir qrup keçmiş döyüşçülər bəyan etmişdik ki, hansı dairədən təmsil olunmasına baxmayaraq biz SAVAŞ ADAMLARININ YANINDA OLACAĞIQ və bu gün də varıq...

 

Proseslərin gedişatı həm də bir çox nədənləri ortaya qoydu. Nə idi bu nədənlər? Heç başqa nədənlərə deyil, təkcə Sabir Rüstəmxanlının "YARDIMLI seçicilərinə müraciət"ini və bu müraciətə olan rəyləri oxuyanda, həm namizədlərin, həm də yerli əhalinin susqunluqlarına baxanda sanki qəfil bir gün doğdu. Və Yardımlıdan olan namizədlərin də bütün nədənlərə olan münasibətləri ortaya çıxdı...

 

Tarixçi professorumuz, özü-özünü buraxan deputatlardan olan MUSA QASIMLI susdu....

 

Həmkarımız, gözəl qələm əhli, başdan-başa cismi insanlığa sevgidən yoğrulan, ruhunda bunu yaşadan jurnalist qardaşımız XANOĞLAN ƏHMƏDOV susdu....

 

Özünün işgüzarlığı, peşəkarlığı, operativliyi baxımından jurnalistikamızda seçilənlərdən olan ELŞAD PAŞASOY susdu. Elşad bəyin təbliğatçıları hələ bir addım da qabağa gedərək Sabir Rüstəmxanlının və Musa Qasımlının etdiklərini də onun əməyinə yazdılar. Və Elşad bəy yenə susdu...

 

Elman bəyin sayəsində tanıdığım "gənc hüquqşünas, QAZİ" qardaşımız VÜQAR DADAŞOV da susdu...

 

Namizədlərdən heç biri etirafda bulunub öz BÖYÜKLÜKLƏRİNİ ortaya qoya bilmədilər. TƏKCƏ XƏQANİ CƏFƏROVDAN BAŞQA...

 

İNDİSƏ BƏZİ MƏQAMLARIN AÇMASI:

MUSA QASIMLI: Tarixçi professorumuz özlüyündə Yardımlı camaatının Fəxr Edə Biləcəkləri Ünvanlardandır. Adam bir elm fədaisidir. Azərbaycan tarixşünaslığında yaddaşlara iz salan cığırı olmasa da, amma elmimizi işığa doğru aparan Yolun yolçusudur. Rüstəmxanlıdan fərqli olaraq Musa müəllimin bir türk aydını olaraq tabut önündə söz deyə bilməyə nə qüdrəti, nə də haqqı yoxdur. Yardımlının deputatı olaraq Musa müəllimin gördüyü iş (əgər varsa) ortalıqda görünmür. Elə öz kəndimiz olan ALÇABULAQ VƏ ODURAĞARANın timsalında tam məsuliyyətimlə bunu deyirəm...

 

Yardımlıda sosial durum çox acınacaqlı bir vəziyyətdə, işsizlik, sosial-iqtisadi inkişaf bərbad vəziyyətdə, təhsildə, səhiyyədə, kənd təsərrüfatında biabırçılıq....

 

Bütün bu kimi problemlərin hansı birisi Musa Qasımlının sayəsində öz həllini tapıb...

 

Bu konuda ötəri danışıram ki, sizlərə başağrısı olmasın....

 

XANOĞLAN ƏHMƏDOV: XANOĞLAN bəy də fərdi qaydada çox uğurların sahibidir. Sadəliyi, səmimiliyi, işgüzarlığı, prinsipiallığı, yazılarında həm də özünüifadəni ortaya qoyma bacarığı...

 

AMMA VƏ LAKİN...

 

Bu zamanın bir eybəcərliyi var ki, XANOĞLAN bəy də o eybəcərlik qarşısında nə qədər iddia etsə belə acizdir:

BU GÜN AZƏRBAYCAN JURNALİSTİ HƏR ŞEYİ OLDUĞU KİMİ DEYƏ BİLMİR. Nəinki hər şeyi, hətta müsahibin fikirlərini belə Azərbaycan JURNALİSTİ olduğu kimi cəmiyyətə təqdim edə bilmir. O cümlədən, mənim üçün çox dəyərli XANOĞLAN bəy də. ƏCƏBA, bu gün bir qəzetdə, bir saytda, bir televizorda öz sözünü deyə bilməyən jurnalist sabah Yardımlı həqiqətlərini parlament tribunasından axı necə səsləndirəcək, bəylər və xanımlar!?...

 

VÜQAR DADAŞOV: şəxsən tanımadığım və haqqında yalnız Elman bəydən eşitdiyimə görə bir söz deyə bilmərəm....

 

NƏTİCƏ: Başqa yerlərdə Yardımlıdan söz düşəndə öncə SABİR RÜSTƏMXANLInın, sonra da MİR ŞAHİNin adını çəkirlər...

 

MUSA QASIMLI "Yardımlının deputatı" yarlığından istifadə edib öz şəxsi karyerasında bir az da irəliləyib. Musa Qasımlı irəlilədikcə Yardımlı da bir o qədər geriləyir. Görünən budur ki, parlament tribunası Musa Qasımlıya ictimai pilləkəndə daha sürətlə irliləmək üçün əlavə rıçaqları verir, Yardımlı da öz hayında...

 

XANOĞLAN ƏHMƏDOVu bilməyənlər bildilər ki, Yardımlıdandı. İçində "xoşbəxt Yardımlı" utopiyası yaşadır. Amma bu utopiya ilə Yardımlı xoş sabahına qovuşa bilməz...

 

VÜQAR DADAŞOV Yardımlı balası olaraq Elman bəyin deməsinə görə Azərbaycanımız üçün döyüşən QAZİ olsa da, heç rayon səviyyəsində təşkilatçılıq edib hüquqi əsaslarla veteran birliyi formalaşdıra bilməyib...

 

XƏQANİ CƏFƏROV...

Gəncdir, enerjilidir, odun-alovun içindən keçib. Söhbətlərindən hiss olunur ki, artilleriya bacarığı ona həm də siyasətdə hədəflərin düzgün müəyyənləşdirilməsində yardımçı ola bilər. Səmimi deyirəm, seçilərsə, ən azından adam siyasətdə də Yardımlı adına nəsə etmək məcburiyyətində olacaq. Və o, bunu bacara bilər. Çünki ortalıqda bir Savaş Adamının əzmkarlığı var. Xəqani Cəfərovu tanıdığıma görə sevindim. Çünki daha bundan sonra mən də öz rayonumun başında, bədənində 12 qəlpə gəzdirən Qazisiylə fəxr edə biləcəm. Çünki daha bundan sonra mən də öz rayonumun yüksək çinli ZABİTİYLƏ fəxr edə biləcəm. Çünki daha bundan sonra mən də öz rayonumun "İgidliyə görə" MEDALIYLA TƏLTİF edilən Qəhrəmanıyla fəxr edə biləcəm. İlkin olaraq Xəqani Cəfərov artıq Yardımlı adına nəsə qazandırıb...

 

MÜQAYİSƏLƏRƏ BAXAQ: Hətta özü öz fəaliyyətini bəyənməyib özü özünü buraxmağa qərar verən, YARITMAZ fəaliyyətlərinə görə dövlət başçısı tərəfindən buraxılması məqbul sayılan parlamentin üzvü və bütün bunların fərqinə varmayaraq yenə də öz namizədliyini verən tanıdığımız MUSA QASIMLI....

 

İKİNCİ SIRADA Azərbaycan mətbuatının tanıtım işarəsi olan hətta müsahibim sözünü belə deyə bilməməyin yük daşıyıcılarından olan, amma ürəyi haqq, ədalət, yurd, Vətən eşqiylə döyünən XANOĞLAN ƏHMƏDOV...

 

ÜÇÜNCÜ SIRADA Yardımlı adına tanımadığım və əməlini görmədiyim "gənc hüquqşünas, qazi" VÜQAR DADAŞOV...

 

NƏHAYƏT DÖRDÜNCÜ SIRADA birbaşa Ali Baş Komandan tərəfindən " İgidliyə görə" MEDALIYLA TƏLTİF olunan, uğrunda can qoyduğu Bütöv Azərbaycanın bir parçası olan doğma Yardımlı üçün inkişaf hədəflərini dəqiq müəyyənləşdirib gərəkən addımlar naminə Sizlərdən parlamentə seçilmək şansı istəyən, HEÇ NƏDƏN ÇƏKİNMƏDƏN SÖZÜNÜ ARTIQ DEMİŞ və söz demək haqqını qazanan polkovnik leytenant XƏQANİ CƏFƏROV...

 

BUYURUN, seçim Sizindir - öz içinizdəki "mən"inizlə məsləhətləşin. Hələ ki, gec deyil. Sizlər də Elman qardaşımız kimi tam neytral mövqedə dayanmayın. Gərəkən anda elə namizədiniz XƏQANİ CƏFƏROV kimi sərrast atəş açın ki, yurdumuz hədəfə çevrilməsin.

SİZ DƏ XƏQANİ CƏFƏROV KİMİ YURDUMUZUN AĞRI-ACISINI CANINIZDA HİSS EDİN...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Sabah Bakıda hava çiskin olacaq