QURTULUŞUMUZUN QİBLƏSİ

08:12 21-01-2020 | icon 1225 | Köşə
QURTULUŞUMUZUN QİBLƏSİ

ŞƏHİDLƏRİMİZİ VƏ BİZİ YAŞADAN SEVGİ

 

İGİD TEYMURLU

 

Şəhidlər Xiyabanı millətimizin Haqq Səsinin, Qurtuluşunun Məkkəsi və qibləsidirsə, onda bu millət hansı Üzlə, hansı Sozlə, hansı Əməllə bu Müqəddəs Məkana ziyarətə yollanır?! İtirilən torpaqla əsirlikdə qalan qız-gəlinlərə görə üzümüzün suyu tökülüb: Sözümüz öz Qüdrətindən endirilib - mənim dediyimi sən, sənin dediyini mən eşitmədiyimə görə dünya da bizi eşitmir. Əməllərimiz də dediklərimizlə bir çox hallarda cilalanmır...

 

Dünən Müstəqillik Aktını imzalamayanlar bu gün müstəqil Azərbaycanın əbədi vəkilinə çevrilib...

Dünən əlikramlara xeyir-dua verənlər bu gün millətin yaşayışı üçün hədd müəyyənləşdirməklə toplum üçün bununla fatihə oxuyurlar...

Dünən qanımızı tökmək üçün rusları Bakıya dəvət edənlər bu gün o faciələrin ideoloqu olan Primakovlara esse yazdırırlar....

Şəhidlərin Əməllərini tapdalayaraq Onları ziyarət etmək bir zamanların bütpərəstlərin kimi Allahını yeyən məmləkət əhlinin davranışına bənzər...

 

Məmləkət Əhlinin bugünkü davranışı və buna müqabil Şəhid Baxışlarının Diktəsi nələri söyləyir!? Yüksək pafosla ayrı-ayrı fərdlər üçün bir sitəmə çevrilən 20 Yanvarı Millətin Doğum Günü adlandırırıq. Nə oldu bəs o "doğulan millət"?...

 

Biz nağıllara inanan millətik...

Olmaya nağıllarda olduğu kimi elə beşikdəcə bizləri cin-şəyatin dəyişdi? AXI HANSI ÜZLƏ ŞƏHİDLƏR XİYABANINA GEDƏSƏN Kİ, üstündən bunca illər ötsə də, hələ də yurdumuz tapdaq altında, bizsə televizor qarşısındayıq...

 

OL SƏBƏBDƏN DƏ DAHA MƏN ŞƏHİDLƏR XİYABANINA GETMƏYƏ BELƏ UTANIRAM. Çünki dəqiq bilirəm ki, oralara yolum düşsə o Xiyabanda uyuyan qrup yoldaşım AZƏR NƏSİBOĞLU 20 Yanvar gecəsi Atasına söylədiyi son kəlməsini mənə də ünvanlayacaq:

"ATAM, QARDAŞIM, TELEVİZOR QARŞISINDA OTURMAQLA İTİRİLMİŞ TORPAQLARIMIZI AZAD ETMƏK OLMAZ"...

Amma nə yazıq ki, o Nigaran Ruhlar qarşısında biz hələ də günahkar bəndə olaraq ömür çürütməkdəyik. Dərdlərimiz və problemlərimiz qartımaqda, anbaan Özümüzdən uzaqlaşmaqdayıq...

 

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin! O Qanlı Gecənin Bətnindən Şəhidlərimizin timsalında Uca Millətimiz təzədən doğuldu! O Qanlı Gecə ayrı-ayrı Fərdlərin Facıəsı olsa da, ancaq bütövlükdə Millətin Doğum Günü idi!..

 

Bizi doğulduğumuza görə peşiman etmək istəyənlər o Gecənin vəhşətini, o Gecənin dəhşətini və o Gecənin bizlərə əmanət qoyub getdikləri Vətən Sevgisini anlamazlar! Hələ də Şəhidlərimizin uğrunda can qoyduqları o yurd yerlərimiz tapdaq altındadır, demək ki, biz Qurtuluşumuzun qibləsini unutmuş millətik! Bizə Qurtuluşumuzun qibləsini unutdurmağa çalışırlar! Bütün nədənləri bir yana qoyub Qibləmizə üz tutub sevgimizə sahib çıxaq. Bizi yaşadan o Sevgidir - Vətən Sevgisi: Şəhidlərimizin uğrunda can qoyduqları, ama hələ də yağı tapdağı altında olan torpağa olan Sevgi...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI