20 Yanvar faciəsi Sumqayıt Dövlət Dram Teatrında

16:39 21-01-2020 | icon 361 | Mədəniyyət
20 Yanvar faciəsi Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi teatr-tamaşaçı münasibətlərinin yeni mərhələsini formalaşdırmaq və tamaşaçıları sənət ocağına cəlb etmək üçün kreativ layihələr gerçəkləşdirir. Eyni zamanda xüsusi təqvim günlərində tematik tamaşaları təqdim edir.

 

Versus.Az xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində teatr N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərilib.

 

Tamaşa öncəsi teatrın direktoru Əməkdar artist Mübariz Həmidov xalqın mücadilə tarixində önəmli rol oynamış 20 Yanvarın siyasi, sosial-fəlsəfi əhəmiyyətindən danışıb, teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söyləyib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açıb.

Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası hərbçilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, yurd sevgisi, dövlətçilik təfəkkürü, qəhrəmanlıq və tarixi-mədəni irsə sayğı aşılayan bu qəbildən əsərlər teatrın repertuarında əsas yer tutur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı