Ermənistanın pəs durumda mat baxışları

16:30 18-08-2023 | icon 1023 | Siyasət
Ermənistanın pəs durumda mat baxışları

Könül İsmayılova: “Çabaladıqca batan məğlub Ermənistanın iddiaları puça çıxdıqca, hamiləri azalır”

 

“Hazırda Ermənistan və onun himayədarları kənardan olduqca gülünc, məzlum, biabırçı görünür. Özlərini bu vəziyyətə saldıqları zaman eyforiyada olduqları düşdükləri durumlarından bəlli. Artıq “nakaut” almış bir vəziyyətdə xalların kimin hesabına yazılacağının fərqindədilər. Erməni ki, erməni, hər addımda ermənisayağı axmaq nəticə. Onlara bu da azdır”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova ermənilərin Azərbaycan əraziləri ilə bağlı həyasız iddialarının BMT-də müzakirə olunmasını şərh edərkən deyib.

 

Könül İsmayılova hesab edir ki, Ermənistan bu cür gülünc çabalarla hər dəfə özünü bir az daha batırmaqdansa, Azərbaycanın sülh təklifini qəbul edib birdəfəlik normal dövlətə dönüşsə yaxşı olar. Onun sözlərinə görə, əllərində oyuncağa çevrildiyi hamiləri Ermənistanı hələ çox süründürəcək:

 

“Erməni rəhbərlər qanmalıdılar ki, bu cür davam edərsə, vaxtilə Azərbaycandan qoparılıb qurduqları Ermənistanın mövcudluğu da təhlükəyə düşə bilər. Heç olmasa öz əhalisini Ermənistanı tərk etmək məcburiyyətində qoymasınlar. Paşinyan onsuz da “nala-mıxa vura-vura” qalıb. Ölkəsinin müqəddaratını Makronun, Putinin, digər maraqlı güclərin əsarətinə verib. Gah Azərbaycanın sülh təklifinə müsbət cavab verir, gah da fikrini dəyişir. Yəni Paşinyan hakimiyyəti öz xalqının deyil, onu “peşka” kimi irəli verənlərin istəyinə tabedir. Bu da faktdır ki, çabaladıqca batan məğlub Ermənistanın iddiaları puça çıxdıqca, hamiləri azalır”.

 

Könül xanım bildirdi ki, ümumiyyətlə Ermənistan asılılığa, əsarətə meyilli olub həmişə. Onun sözlərinə görə, “qorxaq”, “yaltaq”, “kölə” damğasını əbədi üzərində gəzdirən Ermənistan normal dövlətə dönüşmək üçün Azərbaycanın təklif etdiyi şərtləri qəbul etməlidir:

 

“Hazırda Qarabağda mülki emənilər yaşayır ki, onlar da artıq Azərbaycanın vətəndaşları sayılırlar. Yəni qanunla Ermənistan onlar üzərindəki səlahiyyətlərini itiriblər. Amma həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməzlərsə, həmən ərazilərimizdən çıxarılmalıdılar. Çünki başqa ölkənin vətəndaşlığı olan insanlar bir başqa ölkədə üç aydan artıq qala bilməz. İndi seçim özlərinindir, ya vətəndaşımız olaraq Azərbaycan qanunları altında yaşamağa davam edəcəklər, ya da Ermənistana getməlidilər. Azərbaycan bundan artıq şans verə bilməz onlara”.

 

K.İsmayılova qeyd etdi ki, Ermənistan himayədar dilənçiliyi etməkdəykən Azərbaycan dövlətlərlə sosial-iqtisad, hərbi və digər əməkdaşlıqlarını genişləndirirdi. Odur ki, hətta dost ölklər baxmından da üstünlük Azərbaycandadır:

 

“Ermənistan Azərbaycanın sülh təklifini qəbul edə bilər, amma bununla da Azərbaycanla müharibədə məğlubiyyətini etiraf etmiş olduğunun fərqindədir deyə, prosesi ləngidir. Bu ləngitmələr isə yenə özünün ziyanına olacaq. Düzdür, erməni separatçıları sərhəd ətrafında təxribatlarını davam etdirir, amma bu cəhdlər 44 günlük vətən müharibəsində dəmir yumruğa dönən Azərbaycanı narahat edə bilməz. BMT Təhlükəsizlik Şurasında Ermənistanın iddialarının rədd edilməsindən sonra isə erməni rəhbərlər ümumiyyətlə susdular və susmağa da məhkumdular”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...