Mədəniyyət naziri ABŞ səfiri ilə görüşüb

17:22 21-01-2020 | icon 376 | Mədəniyyət
Mədəniyyət naziri ABŞ səfiri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 21-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenbergeri qəbul edib.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey işi, abidələrin mühafizəsi və s. sahələrdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.

 

Ə.Qarayev mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında memorandumun imzalanmasını, eləcə də kitabxana sistemində, mədəni irs istiqamətində, muzey işi üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

 

Bu sahələrdə birgə əməkdaşlığın qurulmasının ölkələrimiz arasında təcrübə mübadiləsinə, innovativ yanaşmanın tətbiqi və daha da inkişafına kömək edə biləcəyi qeyd olunub.

 

Nazir ölkədə inkişaf mərhələsində olan yaradıcı və mədəniyyət sənayeləri üzrə ABŞ-ın təcrübəsindən istifadə etməkdə maraqlı olduqlarını bildirib, bu sahədə də müasir yanaşmaların ölkədə tətbiqi üçün xüsusi təlim və treninqlərdə iştirakın əhəmiyyətini qeyd edib.

 

Səfir iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan geniş potensialdan səmərəli istifadə edilərək əlaqələrin daha da inkişafına inamını ifadə edib.

 

Diplomat vurğulanan sahələr üzrə həyata keçirilə biləcək layihələrdə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını deyib.

 

Örl Litzenberger Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyini, eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin də Bakıda keçirilən Caz festivallarında çıxış etdiyini diqqətə çatdırıb.

 

Görüş iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi ilə davam edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin