Bakıya gətirilən yeni qatarlardan biri istifadəyə verilib

17:30 21-01-2020 | icon 487 | İqtisadiyyat
Bakıya gətirilən yeni qatarlardan biri istifadəyə verilib

Ötən ay Bakıya gətirilən yeni elektrik qatarlardan biri artıq istifadəyə verilib.

 

Bu barədə Versus.Az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat veriblər.

 

Qeyd olunub ki, istismara verilən qatar hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir:

"Elektrik qatarlarından biri artıq istismara verilib və hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir. Digəri isə hələlik sınaq müddətində olduğu üçün istismara qəbul edilməyib".

 

Xatırladaq ki, ötən ay "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı marşrutlarında işləyirlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı