RAZİ NURULLAYEV İmişlinin Otuziki və Nurulu sakinləri ilə görüşüb - FOTO

21:30 21-01-2020 | icon 82 | Foto&Video
RAZİ NURULLAYEV İmişlinin Otuziki və Nurulu sakinləri ilə görüşüb - FOTO

"Gördülər ki, Razi Nurullayev öz həyatını yox, onların həyatını dəyişmək istəyirəm"

 

Növbədənkənar parlament seçkilərində 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayevin seçicilərlə görüşü davam edir.

 

Versus.Az xəbər verir ki, bu barədə AXCP-nin Mətbuat Xidmətindən bildirilib.

 

Razi Nurullayev İmişlinin Nurulu və Otuziki kəndlərində sakinlərlə görüşüb. O, Otuziki kəndindəki görüşdən təəsüratını "Facebook" hesabında yazıb:

 

"İnsanlar qəzəbli, narazı, əsəbi, yorğun, ümidsiz toplaşdılar. Mən danışdıqca üzləri açıldı, gözləri işıqlandı və ümidləri cücərdi. Ayrılanda mehriban, ümidli, inamlı, səfərbər olunmuş şəkildə ayrıldılar. Onlar mənə inandılar və bütün rayonu ayağa qaldıracaqlarını dedilər. Çünki onlar gördülər ki, Razi Nurullayev öz həyatını yox, onların həyatını dəyişmək istəyir".

 

İmişlinin Nurulu kəndində də camaat birmənalı olaraq R.Nurullayevi dəstəklədiklərini deyiblər. Bəyan ediblər ki, 9 fevralda nurulular "Razi Nurullayev" deyəcək. İmişlilərin fərqli deputatı olacaq.

 

R.Nurullayev Nurulu kəndindən də təəssüratlarını sosial mediada paylaşıb:

"Nurulu kəndində evlər bir-birindən az qala bir km. aralıdır. Görüş yeri isə çox uzaq. Bu soyuq gündə gələn bütün ağsaqqallara, kənd mollasına, ziyalılara, gənclərə və körpələrə təşəkkür edirəm.

Nurulu kəndinin bir neçə problemi va: Kəndin yolu bərbaddır. Bir də kəndin ətrafından keçən və İmişlinin özünü, Otuziki, Muradalılı, Nurulu və digər kəndləri Bakı-Bəhrəmtəpə yoluna birləşdirən yolun 6 km-i yarımçıq qalıb. Deputat yol çəkən deyil, amma söz kimi silahı var. Sözümüzü deyəcəyik".

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilir

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanları
 

REAL-ın mitinqinə partiya sədrindən sərt reaksiya