Homoseksual çeçen qadın

03:51 22-01-2020 | icon 169 | Maraqlı
Homoseksual çeçen qadın

22-yaşlı Çeçenistan sakini Aminat Lorsanova hüquq-mühafizə orqanlarına müraciət edərək valideynlərinə qarşı cinayət işinin açılmasını tələb edib.

 

Versus.Az xəbər verir ki, A.Lorsanova valideynlərinin bir neçə ildir ki, içindən “cini qovmaq” üçün ona müxətlif əziyyətlər verir.

 

Buna səbəb qızın seksual oriyentasiyası və islamdan imtina etməsi olub.

 

Onun sözlərinə görə, 2018-ci ildə iki dəfə psixodispanserə yerləşdirilərək, gərəksiz müalicə almağa məcbur edilib.

 

Həmçinin qızı bir neçə dəfə atasının tanışı “müalicə etməyə” çalışıb.

 

“O üst paltarımı açaraq sinəmdən yumruqlayırdı. Sonra isə donumu aşağı salaraq qarnımı əlləri ilə sıxırdı. Bu zaman mən kəskin ağrıdan qışqırır, o isə qulağıma dayanmadan dualar oxuyurdu.Valideynlərim isə sakit şəkildə buna baxırdılar. Hətta mən onları köməyə çağıranda reaksiya vermirdilər”, - deyə A.Lorsanova qeyd edib.

 

Onun sözlərinə görə, valideynləri evdə də onu “cindən qurtarmaq” cəhdindən əl çəkməyiblər.

 

“Atam qollarımı, ayaqlarımı, ağzımı bağlayırdı. Məni qoyun kimi bağlayıb heyvan kimi rəftar edəcəyini deyirdi. Bundan sonra zorla aminazin (trankvilizator növü) inyeksiyası edərək üzü divara uzandırırdı”, - deyə qadın şikayət edib. /Oxu.Az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Səni bu günə kim salıb, Yardımlı?..

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Hava yağıntılı olacaq

Minik maşını "KamAZ"la toqquşub, ölən və yaralananlar var

Nailə Mirməmmədli BDU-da vəzifəyə təyin olunub

Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

Prezident və 1-ci vitse-prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət ediblər 

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub