Bizim qızlar ona “sevir, sevmir” gülü deyir

15:34 18-07-2017 | icon 2443 | Uşaq Dünyası
Bizim qızlar ona “sevir, sevmir” gülü deyir

Leyla Nəcəfli

Yenidən xoş gördük sizləri, Versus.Az saytının sevimli izləyiciləri. Mən bu gün sizə sevdiyim güllərdən danışacam.

Deyim ki, mənim sevimli gülüm tək deyil. Mən həm gözəl ətirli qızıl gülü, laləni, həm də yasəmən gülünü çox sevirəm. Bütün güllər hissiyyatlıdır. Əgər sən hansısa bir gülü əkmək məsuliyyəti altına girmisənsə bu gülü vaxtlı-vaxtında suvarmalı və ona qayğı göstərməlisən.

Nənəmgilin bağında növbənöv güllər var. Nənəm bu güllərə o qədər qayğı, sevgi göstərib ki, vaxtlı vaxtında suyunu verib ki, güllər boy atıb, gözəl qoxu verir. Bilirsinizmi, mən də böyüyüb bağ-bağça yaratmaq istəyirəm. Əzizlərim bütün uşaqlar ilk dəfə orta məktəbə gedəndə müəllimlərinə gül dəstələri aparırlar. Bu güllər məktəbə, uşaqlara bir başqa gözəllik qatır. Güllər hər zaman bizim və müəllimlərimizin bəzəyi, sevinci olur. Gül təkcə bəzək, gözəllik üçün deyil, həm də insanların bir-birinə xoş münasibət qurmaları üçün bir rəmz, bir vasitəçi olur. Məsələn, qızılgül məhəbbət, sarı gül dostluq, ağ gül isə təmizliyin göstəricisidir. Bəzən güllərin rənginə görə onlara pis rəmzləri yaraşdırırlar. Ancaq mən elə düşünmürəm. Hesab edirəm ki, bütün güllər gözəldir. Yadımdadır ki, 1-ci sinifə gedəndə müəlliməmə ağ ləçəkləri olan dağ çobanyastığı çiçəklərindən aparmışdım. Bizim qızlar ona “sevir, sevmir” gülü deyirlər.

İbtidai sinifi bitirəndə bütün rənglərdə olan güllərdən dəstə bağladıb müəllimlərimə aparmışdım. Bütün sinif uşaqlarımız hərəsi bir buket gətirmişdi. Hamısı da başqa-başqa rənglərdə. Hamısı da ibtidai sinif müəlliməmin əllərinə çox gözəl yaraşırdı. Müəlliməm də onları sevgi ilə tutmuşdu.

Əzizlərim, güllər sevildiyni biləndə gözəlləşir. Sevilmədiyini anlayarsa solar. Sizə sevgi dolu günlər və güllər arzusu ilə hələlik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI