Milliləşən rusiyalı

15:57 22-01-2020 | icon 650 | İdman
Milliləşən rusiyalı

“Lozannada keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunlarındakı çıxışımdan o qədər də razı deyiləm. Daha yüksək yer tutmaq istəyirdim”. 

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova deyib. 

 

Milliləşərək yığmamıza cəlb olunan rusiyalı idmançı İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib:

“Proqramda müəyyən çatışmazlıqlar var idi. Səhvlər üzərində işləyib, maksimum bacarığımı nümayiş etdirməyə çalışacağam. Bir az hazırlığımın səviyyəsi, həmçinin həyəcan və digər məqamlar daha yaxşı nəticə göstərməyimə mane oldu”.

 

Yeniyetmələrin Qış Olimpiya Oyunlarına qatılan ilk Azərbaycan idmançısı kimi tarixə düşən Y.Ryabova Azərbaycan Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə hədəfini də açıqlayıb:

“Azərbaycanı təmsil etmək çox xoş idi. Ölkəni Yeniyetmələrin Qış Olimpiya Oyunlarında təmsil etdiyim üçün hədsiz dərəcədə şadam. Dəstəyə görə hamıya təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycan azarkeşləri məni böyüklərin Olimpiya Oyunlarında da görəcək. Çalışıram ki, 2022-ci ildə Pekində keçiriləcək dördilliyin ən mötəbər yarışına lisenziya qazanım”.

 

Qeyd edək ki, Y.Ryabova Lozanna-2020-də 8-ci yeri tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin