Pilot yeni təyyarənin havaya qalxacağına inanmadı - VİDEO

08:33 23-01-2020 | icon 614 | Maraqlı
Pilot yeni təyyarənin havaya qalxacağına inanmadı - VİDEO

Fransada Avropa təyyarə istehsalçısı “Airbus”un texniki görmə sistemi ilə təchiz olunmuş geniş gövdəli A350-1000 təyyarələrinin uğurlu sınaqlarını keçirib.

 

Bu barədə “Daily Mail” xəbər yayıb.

 

Məlumata görə, təyyarə Tuluza hava limanından avtomatik rejimdə bir neçə uçuş həyata keçirib.

 

Təyyarədə həmin vaxt iki pilot və üç mühəndis olub.

 

Heyətin idarəsi altında təyyarə uçuş zolağına girib, sonra isə avtopilot işə düşüb. 

 

Kadrlarda pilotun birinin nə qədər həyəcanlandığı da görünür. Kapitan onun həyəcanını sezib, sakitləşməsi üçün çiyninə toxunur.

Bundan sonra hava gəmisi ancaq texniki görmə sistemindən siqnal almaqla avtopilotun idarəsində hərəkət edib. 

 

Cari ildə “Airbus” avtomatik sükan və eniş də daxil olmaqla, texnologiyanın yeni sınaqlarını həyata keçirmək niyyətindədir.

 

Mütəxəssislərin fikrincə, bütün bu yeniliklər “Boeing”in bazarına təsir edəcək. Xüsusən son dövrlərdə sözügedən təyyarənin iştirakı ilə baş verən qəzalar və müəyyən olunan yeni nasazlıqlar bu ehtimalı gücləndirir. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol