Güllü Yoloğlunun güzgüsü

20:15 23-01-2020 | icon 1534 | Köşə
Güllü Yoloğlunun güzgüsü

Uğursuz deputatlar seriyasından: Sevinc Fətəliyeva və Fərəc Quliyev

İGİD TEYMURLU

 

Həyatda ideal olan şey yoxdur. Mənim üçün ideal olan sənin üçün ideal olmaya bilər. Və burada heç də qəribə bir şey yoxdur. Ancaq qəribə olan budur ki, yaşadığımız və gördüyümüz həqiqətləri bizə başqa səpkidən təqdim etməklə qazanda yalxı su qaynadıb başımızı dadlı təamlar eşqiylə qatanlar da yetərincədir. Dəyərli Qələm Əhlimiz GÜLLÜ YOLOĞLUnun təqdim etdiyi güzgüdə olduğu kimi...

 

Ancaq bir məsələ var ki, elə bu həyatda hər şey nisbətdə götürülür...

 

Mən də deputatlığa namizəd olan SABİR RÜSTƏMXANLININ, FƏZAİL İBRAHİMLİNİN, İQBAL AĞAZADƏNİN, Yardımlıdan namizədliyini verən XƏQANİ CƏFƏROVUN və bütün ÜMİD PARTİYASINDAN olanların təbliğatında varam. Götürün bu Adamların gerçək potensiallarıyla təbliğ etdiklərinizin gerçək potensialları arasında bir paralellər aparın və sonra içinizdəki "mən"inizlə danışıb, həqiqəti yazın, qoyun ortalığa. Və mən demirəm ki, haqqında danışdıqlarım aydan arı, sudan duru birisidirlər. Əsla. AMMA VƏ LAKİN...bu adamlar haqqında danışılanlarla müqayisə oluna bilmir....

 

Bu gün Azərbaycan mətbuatının prinsiplərinə xəyanət edən Raufarifoğlular sabah da parlamentə düşəcəklərsə onda siyasətimizə haram qatıb eybəcər kodeksləri cəmiyyətə sırıyacaqlar..

 

Yaxud, müəllifi olduğu "Tarix" kitabında "Böyük Ermənistan" xəritəsini yayan və sonradan bu yayıma görə müxtəlif bəhanələr uyduran cavan bir təhsil işçisini millətçiliyiimizin, dövlətçiliyimizin "Ömür kitabı"nı yazan birisiylə müqayisə etmək özü-özünə qənim kəsilmənin görüntüsüdür..

 

Yaxud Yardımlıda Aprel Qazisinə, Savaş Adamına qarşı haqsızlıq edib, süni əngəllər törədib buraxılan parlamentin keçmiş üzvünə regionda bütün şəraiti yaratmaq birbaşa Prezidentin göstərişlərinə, dövlətçiliyimizin varoluşuna qarşı atılan addımdır...

 

SEVİNC XANIM FƏTƏLİYEVAnın fəaliyyəti hakimiyyətin yuxarı eşalonunda nə qədər cazibədar görünübdürsə, ondan da beş qatına artıq sadə elektorat arasında bu gənc xanımın deputat kimi fəaliyyəti arzuedilən deyil. Çünki ötən zaman kəsiyinə istinadən ortalıqda bir fəaliyyətsizlik var. Əgər belə olmasaydı, elementar zibil daşınmasına görə seçici birbaşa ölkə Prezidentinə məktub yazmaq eşqinə düşməzdi. Bəs bunun icrası, bunun bələdiyyəsi, bunun deputatı nə işlə məşğuldur. Ortalıqda seçiciyə qarşı bir sayğısızlıq var. Ortalıqda "lal deputat", "knopka basan deputat" yarlığı var, dəyərli GÜLLÜ XANIM YOLOĞLU!

 

Dəyərli Güllü xanım, siz Sevinc xanıma deyin ki, Dədə Qorqud adında bir qəsəbə tanıyırmı? Hovsan bələdiyyəsinin ərazisinə baxan Binədəki İsaqzadə küçəsini (keçmiş donuzkökəltmə) tanıyırmı? Sevinc xanım ötən çağırışda deputatı olduğu ərazidə sosialyönümlü və əməli görüntülü heç bir iş görməyib, yalan danışmaq olmaz. Heç başqa yeri demirəm, adını çəkdiyim iki əraziyə baş çəkin, istəyirsiniz, gəlin bir yerdə baş çəkək və deyilənlərin təftişini aparaq....

 

Güllü xanım, lütfən, Sözü və Qələmi siyasətin əlində vasitəyə çevirməyin. Qoy bunu mətbuatı siyasətin quyruğuna bağlayan Raufarifoğlular, Qənimətzahidlər və mətbuata qarın psixologiyasıyla yanaşanlar etsin, amma Siz etməyin. Əslində Sevinc xanımın daha bir qəbahəti ondadır ki, Güllü Yoloğlu səviyyəsində bir Qələm Əhlinin yalanların girdabına düşməsində belə demək mümkünüsə, bir vasitəçi olur. Lütfən yapmayın. Tam səmimi deyirəm, sizə olmaz...

 

Demirəm, Sevinc xanımın, eləcə də Sevinc xanımla eyni rayondan namizədliyini yenə də verən FƏRƏC QULİYEVin intellektual potensialları böyük olsa da, ancaq onların bir deputat kimi fəaliyyətləri sıfır səviyyəsindədir. Bunu mən demirəm. Bunu Sevinc xanımın seçildiyi (bir çox seçicilərsə buna təyinedilmə deyrlər) bu ərazinin problemləri deyir...

 

Elə mətbuata qarşı da həmin bu Sevinc xanım və Fərəc Quliyev çox sayğısız olublar. Bizim "milletinsesi.az" saytında bir layihəmiz var idi - "QONAQ GƏL BİZƏ!!". Mətbuat vasitəsilə dəfələrlə həm Fərəc Quliyevə, həm də Sevinc xanıma müraciət edilməsinə baxmayaraq səsimiz eşidilmədi...

Seçicidən soruşurdun ki, sənin deputatın kimdi, cavab veriridi ki,"vallahi mən bilmirəm, onu gedin Suraxanının icra başçısından və Məzahir Pənahovdan soruşun"...

 

Dəyərli Güllü xanım, siz Cevinc xanımı başqa prizmadan təqdir edin və bu konuda da təbliğatını aparın. Amma başda Sevinc xanım olmaq şərtilə həm də Suraxanının Fərəc Quliyevi buraxılan parlamentin xalqa xidmət baxımından ən uğursuz deputatlarından idilər. Di gəl ki, indinin özündə yerli məmurlar məhz bu kəslərə "stavka" edirlər. Bunu da bu kəslərin opponentləri vurğulayır, mən yox...

 

Hər kəsin qazanda bişirdiyi indi öz qabağına çıxır, bəylər və xanımlar. Lütfən, yaşadığımız və gördüyümüz həqiqətlərin önündə bir az dözümlü olun. O güzgünü sındıran siz deputatlar indi həmin güzgü qırıntılarında özünüzə baxın...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı