O, dünya miqyasında da dövlətimizin maraqları naminə çalışıb - FOTO

00:03 25-01-2020 | icon 170 | Foto&Video
O, dünya miqyasında da dövlətimizin maraqları naminə çalışıb - FOTO

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva ilə rayonun Əlimərdanlı kəndinin sakinləri arasında möhtəşəm görüş keçirilib.

 

"Mən düz 14 il əvvəl seçki kompaniyası zamanı sizə vəd vermişdim ki, əgər mənə etimad göstərsəniz sizin fikirlərinizin, problem və təkliflərinizin Milli Məclisdə səslənməsi, müvafiq qurumlar qarşısında qaldırılması və həllini tapmasına kömək üçün əlimdən gələni edəcəyəm" deyən Qənirə Paşayeva millət vəkili olduğu dövrdə öz vədinə sadiq olduğunu bildirib. "Bu 14 ildə mən sizi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim" deyən Qənirə Paşayeva bu illər ərzində görülən işlərlə bağlı geniş məlumat verib.

 

Versus.Az-ın məlumatına görə, deputatlığa namizəd vurğulayıb ki, 14 illik fəaliyyəti dövründə Əlimərdanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib. Kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

 

Qənirə Paşayeva 14 illik millət vəkili fəaliyyəti dövründə dünya miqyasında da dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. O, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nigahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması, əhalimizin sağlamlığının qorunması, fiziki imkanları məhdud insanlarımızın cəmiyyətə daha çox inteqrasiya edə bilməsi, gənclərimiz arasında yayılan zərərli vərdişlərə qarşı mübarizə istiqamətində çalışdığını, bu istiqamətdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak etdiyini də vurğulayıb. Bildirib ki, seçiciləri yenidən ona etimad göstərsələr, gələcək fəaliyyətində də bu məsələlər və təbii ki, Tovuzu və onun dəyərli sakinlərini narahat edən problemlər onun üçün vacib mövzulardan olacaq:

 

"Əziz seçicilərim, həllini gözləyən problemlərimiz də var. Əgər yenidən mənə etmad göstərsəniz bu günə qədər olduğu kimi, bundan sonra da sizi layiq olduğunuz səviyyədə, ləyaqətlə təmsil etməyə və problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışacam".

 

Qənirə Paşayeva bütün Əlimərdanlı seçicilərini fevralın 9-da keçiriləcək seçkilərdə aktiv iştirak etməyə çağırıb.

 

Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar Q.Paşayevanın bu illər ərzində fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. 

 

Görüşdən sonra millət vəkili bir sıra kənd sakinlərini tək-tək dinləyib. Onları narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparan Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

 

Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələrinə dərin təşəkkürünü bildirən Q.Paşayeva "sizin bu dəstəyinizin mənim üçün mənəvi anlamda da çox böyükdür" deyib.

Versus.Az

Xəbər lenti

Əfqanıstan da koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb

İndiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Fəzail Ağamalının lider olduğu dairədə 11 seçki məntəqəsinin nəticələri ləğv edildi

Bu Seçki Dairəsinin də bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

MSK 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayəti təmin etməyib

MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayətini təmin etməyib

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

Koronavirusla bağlı İrana səfər edən vətəndaşlara XƏBƏRDARLIQ

Sabah Bakıda hava çiskin olacaq

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Bu gün magistraturaya qəbul imtahanı keçirilib

Səni bu günə kim salıb, Yardımlı?..

Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb

Ümumavropa Qarabağ Mitinqi baş tutdu

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Yetmişə nə qaldı?..

Fuad Əliyev ALDP-nin növbədənkənar Qurultayın çağırılmasını istəyir

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

İllər bir-birini əvəz etdikcə...

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

 

 

Sabah hava necə olacaq?

Qaradağlı faciəsinin qurbanları anılıb - FOTO

Azərbaycan millisin hücumçusunu itirdi

Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsi və komissarı ilə görüşəcək

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək