“Sən Supersən!” layihəsinin iştirakçısı təəssüratlarını bölüşüb

19:16 26-04-2018 | icon 914 | Şou-biznes
“Sən Supersən!” layihəsinin iştirakçısı təəssüratlarını bölüşüb

 

Bu gün "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Səməd Novruzov layihədə iştirakı ilə bağlı təəssüraflarını jurnalistlər və qonaqlarla bölüşüb.

 

Versus.Az-ın məlumatına görə, NTV telekanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!" Beynəlxalq Vokal Müsabiqəsi 2018-ci ilin 10 fevralında start götürüb.

 

Bu müsabiqədə valideyn qayğısından məhrum olan istedadlı uşaqlar – uşaq evlərinin, internat-məktəblərin yetirmələri, eləcə də ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülmüş uşaqlar iştirak edir. Keçmiş Sovetlər İttifaqının müxtəlif guşələrindən olan gənc istedadlar bu ədalətli və xeyirxah mahnı müsabiqəsində öz yaşıdları arasında ən yaxşı adını qazanmaq uğrunda mübarizə aparmaq imkanı əldə edirlər. Onların arasında Azərbaycan təmsilçisi Səməd Novruzov da var və o, artıq layihədə iştirakını başa çatdırıb.

 

Görüşdə gənc ifaçı özü də müsabiqə ilə bağlı təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. O, müsabiqənin ikinci turunun da maraqlı keçdiyini deyib:

 

"Səhnəyə çıxanda xəstə olduğum üçün inamsız çıxmışdım və qorxurdum. Xəstə olduğum üçün səsim yerində deyildi. Xəstə səslə də "Sevgili canan" kimi möhtəşəm bir əsəri oxumaq çox çətin idi. Mən ifamın yaxşı alınmayacağından qorxdum və aktyorluq bacarığımı ortaya qoydum. Nəticədə, 4 münsifdən də yaxşı aldım".

Tədbirdə həmçinin Azərbaycanın Xalq artisti Flora Kərimova, Sputnik Azərbaycan informasiya agentliyinin rəhbəri Əziz Əliyev, Sputnik Azərbaycanın jurnalisti, lahiyənin Azərbaycan üzrə koordinatoru Kamilla Əliyevada iştirak edib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Xalq artisti Flora Kərimova bildirib ki, incəsənətlə məşğul olan şəxslərə onların yaxınları dəstək olmalıdır:

 

"Əgər vaxtında mənə dəstək olmasaydılar, həvəsdən düşərdim və sənətkar ola bilməzdim".

Xalq artisti Səmədin sənət yolunda keşməkeşlərlə üzləşməsini istəmədiyini vurğulayıb:

 

“Bu gün Səmədi dəstəkləmək lazımdır. İnanıram ki, onun daha böyük uğurları olacaq".

 

Təbiət Kamil
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı