İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

13:41 25-01-2020 | icon 1575 | Köşə
İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

İstənilən halda İQBAL AĞAZADƏ SEVGİSİ QALİB ƏSGƏR olacaq!

 İGİD TEYMURLU

 

O, Füzuli rayonundan, mən isə Yardımlıdanam. O, Xətai rayonundan namizədliyini verib, mən isə Suraxanı rayonunun sakiniyəm. Dədəm dədəsini, nənəm də nənəsini tanımayıb. Amma bizləri birləşdirən, onu mənə, məni ona sevdirən bir uca məqam var – o Uca Məqamda Yurd Sevgisi, Vətən Sevgisi dayanır. O Uca Məqamda müstəqil Azərbaycanımızın varoluşu üçün gözünü belə qırpmadan gərəkərsə canını fəda etmək yanğısı var. Və o Uca Məqamda bu deyilənlərin əməli görüntüsünü Azərbaycan İnsanına təqdim edən İQBAL AĞAZADƏ var...

 

Xalqın Sevgisini qazanmaq bambaşqa şeydi, atam balası! Sən bu gün Azərbaycanın dövlət rəsmilərinin qarşısında sovet dövründənqalma saray diplomatiyasının cizgiləri çərçivəsində ikiqat, üçqat əyilməklə istədiyin mərtəbəyə qalxa bilərsən. Amma sənin dayandığın o mərtəbə çürük taxta tribunadan başqa bir şey deyil. Sənin hünərin var ikiqat, üçqat əyilməklə deyil, insan selinin sevgisinin gücüylə ictimai pillələrdə ən yuxarı zirvədə dayan. Bu gün sənin süniliyi apaydın olaraq görünən öpdüyün əllərin sayəsində əlləri öpməyən insanlar baş üzərinə qaldırılıb. Xəbərin varmı bu həqiqətlərdən?

 

Şübhəsiz ki, mənim kimi bir bisavad bunu görürəmsə və dərk edirəmsə, sənin kimi saray ziyalıları da bunu bilməmiş və görməmiş deyillər. Sizin görməmişliyinizin kökündə daha çox qazanmaq, daha çox şan-şöhrət həvəsi, daha çox vəzifə hərisliyi var. Anasını əmən balalar tez-tez öz anasının qarnına necə kəllə atırsa, sizlər də eləcə öyrəndiyiniz, görüb götürdüyünüz, say-seçmə intellektlərə, bu Vətən üçün alışıb yananlara eləcə kəllə atırsınız. Sizdən ucalıqlarda olanlara daş atmayın ki, sizə də daş atılmasın. “Göy üzü daş saxlamaz, atam balası!”. Oğul belə baş saxlamaz, atam balası. Dünən “böyük şairimiz, Türk Dünyasının Ağsaqqalı” dediyinə, dünən “20 illik dostum, xlebnikim” dediyinə bu gün iyrənc detallar qatdığın “siyasət”inlə şantajlar yağdırıb cəmiyyətimizə, əllərini öpdüyün seçicinə eybəcər kodekslər sırıma, ay müsəlman. Xalqın sevgisini qazanmaq bambaşqa şeydi, atam balası!..

 

Hətta rəsmi olaraq millət vəkili olmayanda, daha doğrusu, namizəd olaraq haqqı Araz Əlizadə kimi ət və sümükdən ibarət varlıqlara veriləndə belə xalq onu özünə millət vəkili olaraq qəbul edir, dərd-sərini Ona deyir, Ona ünvanlayırdı. Hətta bu hakimiyyətin harınlamış məmurları tərəfindən hansısa yanlış bir addım atılanda “bə hara baxır bu İQBAL AĞAZADƏ?”, “bə hara baxır  bu SABİR RÜSTƏMXANLI?” deyib hər kəs öz intellektinə uyğun olaraq iradlar, fikirlər, qarğışlar bildirirdilər. Deyəndə ki, ay adam, bu kəslər axı indi deputat deyillər! Cavab verirdilər ki, sənə kim deyir ki, Onlar deputat deyillər?

 

O dairədən təyin edilən deputatlarını bu xalq ya tanımırdı, ya da tanımaq istəmirdi, əzizlərim! Nəyə deyirsiniz and içim. Həzrət Abbasın düşən qolları haqqı, vallah, billah, bu, qərəz deyil. Bu, gerçəyin özüdür. Xalq Onları özlərinə millət vəkili olaraq qəbul edir, dərd-sərlərini dakumentalnı deputatlarına deyil, İQBAL AĞAZADƏlərə, SABİR RÜSTƏMXANLIlara ünvanlayırdılar!

 

Bu gün də gün kimi aydın olan bir həqiqət var: ötən seçkidə olduğu kimi bu dəfə də İQBAL AĞAZADƏnin haqqı hansısa mətbu infuzora, hansısa saqqallı personaja veriləcəksə, yenə də növbəti 5 ildə xalq “İQBAL, İQBAL!” deyəcək və belə olacaqsa İQBAL AĞAZADƏNİN REYTİNQİ daha da yüksələcək.

 

SEÇİLSƏ DƏ, SEÇİLMƏSƏ DƏ... BÜTÜN GEDİŞLƏR İQBAL AĞAZADƏNİ SİYASİ OLİMPİN ZİRVƏSİNƏ APARIR!

 

İQBAL AĞAZADƏ BÜTÖV AZƏRBAYCANIN, BÜTÖV AZƏRBAYCAN DA İQBAL AĞAZADƏNİN HAQQI UĞRUNDA BU YOLA ÇIXIB!

 

Eşq olsun Bütöv Azərbaycan və Bütöv Azərbaycana sahib çıxacaq Azərbaycan İnsanının haqları uğrunda mücadilə aparan Kişilərə! Və eşq olsun İqbal Ağazadə kimi Savaş Adamının yanında olan İnsanlara!

 

Bu günün güzgüsündə görünən həqiqətlər timsalında  İqbal Ağazadənin təmsil olunduğu və beynəlxalq təşkilatlar tərəfindən elan olunan “SOS DAİRƏ”  sədrinin istefa verməsi çox gizlinlərdən xəbər verir. Bu, həmin sədrdir ki, ötən parlament seçkisində də “İqbal bəyin səslərini Araz Əlizadə üçün hesablamışdı”. Mətbu məlumatlarda bildirilir ki, “bu dairədə bütün qüvvələr Rauf Abbasovun xeyrinə səfərbər edilib”. Fəqət  bu tərəfdə də ən böyük güc olan xalqın İqbal Ağazadəyə olan Sevgisi dayanır. Üstəlik MSK-nın özünün də şəxsən bu dairəni xüsusi nəzarət altında saxlayacağıyla bağlı verdiyi açıqlamanı nəzərə alarsaq, belə olan halda həmin seçki dairəsinin sədrinin çıxılmaz labirintə düşdüyü göz önündədir. Bu baxımdan da istefa vermək həmin sədr üçün ən optimal variant olub ki, o da bunu etdi. Əsil sürprizi isə seçici özü edəcək. O seçici ki, bugünkü görüşlər çərçivəsində artıq hər şeyin İqbal bəyin xeyrinə olduğunu apaydın şəkildə bəyan edir...

 

Seçilib seçilməyəcəyindən asılı olmayaraq İqbal Ağazadə təkcə Xətai rayonu sakinlərinin deyil, Bütöv Azərbaycanın millət vəkilidir! Nə İqbal bəy Füzulidəndi, nə də mən Yardımlıdan – biz BÜTÖV AZƏRBAYCANLIYIQ, ŞAH BABAMIZ XƏTAİNİN YURDUNDAN!

 

BÜTÖV AZƏRBAYCANA GEDƏN YOLUMUZ QUTLU OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI