DADP sədri qardaş Türk xalqına başsağlığı verdi

14:01 25-01-2020 | icon 612 | Siyasət
DADP sədri qardaş Türk xalqına başsağlığı verdi

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov ötən gün Türkiyə Cümhuriyyətinin Elazığ, Malatya şəhərlərində və digər yaşayış məntəqələrində baş verən güclü zəlzələ nəticəsində dünyasını dəyişənlərlə əlaqədar qardaş Türk xalqının kədərinə şərik olduğunu bildirib və başsağlığı verib.

 

Versus.Az xəbər verir ki, partiya sədri bu barədə sosial mediada:

 

"Qardaş Türkiyədə baş verən ağır zəlzələ hamımızı sarsıtdı. Elazıg vilayətində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ilkin məlumatlara görə 20 nəfərə yaxın insan dünyasını dəyişib, yüzlərlə insan yaralanıb. Böyük dağıntılar var. Faciənin miqyası get-gedə genişlənir. Zəlzələ qurbanlarına, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə sağlıq-sağlamlıq diləyirik. Biz qardaş türk xalqı ilə dərdli günlərimizdə də, sevincli günlərimizdə də hər zaman birlikdəyik. Bu gün də Türkiyəmizin yanındayıq, qardaş və bacılarımızın kədərinə şərikik. Başın sağolsun, Türkiyə!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR