Şəftəlini elə budağındaca yeyirəm

10:45 17-07-2017 | icon 958 | Uşaq Dünyası
Şəftəlini elə budağındaca yeyirəm

Ayla Nəcəfli

Salam əziz dostlarım, xoş gördük.

Mən Görədil kəndində, xalamgildəyəm. Ötən dəfə də sizə bu barədə danışmışdım.

Xalamın həyətində bir şəftəli ağacı var, sizə ondan danışacam. Ağacdakı şəftəlilərə baxanda adam elə bilir ki, yetişib, çünki rəngi qıpqırmızıdır. Əslində isə kaldır. Bilirsiz neynəyirəm, meyvələrin yetişib yetişmədiyini elə budağındaca yoxlayıram. Xalam görüb deyəndə ki, bunu kim dişləyib, onda səsimi çıxarmıram. Onu da deyim ki, şəftəlı tüksüzdür deyə işim rahat olur.

Nənəm də mənə deyirdi ki, yetişmiş meyvə yeyəndə dənəsini zibilliyə atmayın. Torpağa atın ki, orda cücərsin. Vaxt gələr həmin dənədən ağac çıxar, böyüyüb meyvə gətirər. Beləcə mən, sən, o yediyimiz meyvənin nəslini uzatmış olacağıq. Əslində nənəm də həyətdə bitən bütün meyvələrin tumunu, tərəvəzlərin toxumlarını yığır. Həmişə düşünürdüm ki, bunu neyniyir yığıb. Amma sonra gördüm ki, xeyri var.

Hə, onu da deyim ki, həmin bu şəftəli də yeyib sonra torpağa basdırdığımız tumdan əmələ gəlib. Biz hamımız belə etsək, görün nə qədər ağac bitirmiş olarıq. Mamam da deyir ki, meyvələrin tumu insana xeyirdir. Mən də şəftəlinin içindəki qurdu görüb, belə düşünürəm ki, elə qurdlara da xeyirli olar. Siz heç meyvə ağacındakı qurdların necə toppuş olduğunu görmüsüz? Bütün vitamini canına çəkdiyi üçün çox sağlam görünürlər. Elə ağacdakı meyvələr də bəzən qurdlu çıxsalar da çox dadlıdılar. Ona görə də yediyiniz meyvələrin tumunu mütləq torpağa basdırın, söz verirəm ki, barını siz də yeyəcəksiniz.

Hər kəsin belə bir ağacının olması diləyi ilə hələlik. Gələn görüşlərə qədər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI