Molla yanında oturan mürdəşir olar

13:03 26-01-2020 | icon 1352 | Köşə
Molla yanında oturan mürdəşir olar

Açması məndən, deməsi Zahiddən

 

İGİD TEYMURLU

 

Eyforiyaya meyilli duyğulardan ayrıla bilməmək adamın siyasi anormallığından xəbər verir. Və beləcə onların kimlikləri elə öz dilləriylə ifşa olunur. Özlərini “Yeni Müsavat" media holdinqi” kimi təqdim edənlərin Zahid Səfəroğlusu var. Həmin bu Zahid bəy Abbasov Raufu xarakterizə edərək mətbuatımıza söyüş, qarğış janrını gətirən bu saqqallı personajı təqdir etməklə həm də Ümid Partiyasının sədri İqbal Ağazadəni cəmiyyətə hədəf qismində təqdim edir. Cəmiyyətin bir üzvü də mən. Siz Rauf Abbasovla İqbal Ağazadəni mənə tanıdırsınız? İnciməyin, demək məcburiyyətindəyəm: Onunla oturub-durduğunuzdan Rauf Abbasovun mətbuatdakı mollalığı həm də sizin kimi mürdəşirlərin ərsəyə gəlməsində stimul oldu...

 

Nəzərə alsaq ki, mətbuat publisistik dillə danışmalıdır, onda ola bilsin ki, Zahid Səfəroğlu da Rauf Arif oğlu Abbasovda olmayan və olan keyfiyyətləri publisistik bicliklə cəmiyyətə təqdim edir. Sadəcə olaraq, istiotu və duzu çox olub. Oyunun olsun, ay Zahid Səfəroğlu...

 

İndi isə sitatlar əsasında Zahid Səfəroğlunun Rauf Abbasovun timsalında etdiyi bəy tərifinə və bu sitatlara müqabil cavabların açmasına baxaq:

 

DEMƏSİ ZAHİDDƏN: "..Arifoğlu ...seçkilərə bir siyasi yarış kimi baxır, düşmənçilik, qisas fürsəti və ya düşmən qazanmaq vasitəsi kimi yox. Qanunları tapdamır, rəqibə “arxadan” zərbə vurmaq ağılının ucundan belə keçmir. Çünki buna rəqibindən fərqli olaraq, ehtiyac duymur. Müxtəsəri, başını aşağı salıb işini görür. Ta o məqama kimi ki, kimsə ona “arxadan” zərbə endirmək fikrinə düşsün"...

 

AŞMASI MƏNDƏN: Belə çıxır ki, siz Zahid Səfəroğlu hətta Rauf Abbasova “ağlının ucu”na qədər bələdsiniz. Olsun. Öyləsə, deyin görək, dövlət başçımız olan cənab İlham Əliyevə "əbədi düşmən" deyən sənin Rauf Abbasovun deyildimi, Zahid bəy? "20 illik dostum, "türmə yoldaşım, "xlebnikim", "ailəvi dostum"" dediyi İqbal Ağazadəyə qarşı çıxan, dost dediyi Əli Kərimlini, Qənimət Zahidi, bir zamanlar Əvəz Zeynallını, sənin İsa Qəmbərini, sənin Arif Hacılını ağ yuyub qara sərən sənin Rauf Abbasovun deyildimi? Hətta "qaydasız döyüşlər"in belə öz kuralları olduğu halda, Rauf Abbasovsa əlində olan mətbu imkandan istifadə etməklə bütün kuralları ayaqlar altına salıb etik mənəvi prinsipləri bütünlüklə məhv etmədimi? Nələr söylənmədi müxalif partiyanın sədrləri barədə, nələr söylənmədi rəhmətlik dövlət başçımız Heydər Əliyev barəsində, nələr söylənmədi indiki prezident İlham Əliyev haqqında, nələr söylənmədi cəmiyyətin ictimai-siyasi fiqurları barədə sizin “Yeni Müsavat”ınızda!? Sizin dediyinizə inansaq, deyin görək haqqında serenadalar oxuduğunuz bu "böyük mediya holdinqi" "arxadan zərbə"ni kim və hansı mətbu orqanda Rauf Abbasova endirib?...

 

DEMƏSİ ZAHİDDƏN: "...nəhayət, qarşında kimin olduğunu fərq elə"..

AÇMASI MƏNDƏN: Rauf Abbasovun "böyüklüyü sənin gördüyün qədərindədir, ondan artığına deyil, Zahid Səfəroğlu. Sənin gördüyün isə həqiqətin özü deyil. Rauf Abbasov mətbuatda "metranpaj"lıq edəndə İqbal Ağazadə erməniyə, rusa qarşı sinə gərmişdi. Siz və sizin Rauf Abbasovunuz hərdənbir başınızı yuxarı qaldırın ki, ayaqlarını gördüyünüz kəsin uca boyunu da görəsiniz. Yetmədimi dən axtarışıyla başınızı aşağı salmağınız!?

 

DEMƏSİ ZAHİDDƏN: "... hətta media cameəsinin layiqli namizədidir"...

AÇMASI MƏNDƏN: Allah rəhmət eləsin, rəhmətlik Sücəddin Kişi belə yerdə deyərdi ki, ay məni söyən... Mətbu çəkisi təkbaşına "Yeni Müsavat" mediya holdinqindən də dəfələrlə artıq olan, "Sözün sağlığına" bütün əməyi ortalıqda olan Möhtəşəm və Möhtərəm jurnalistlər Ümid Partiyasının qərargahından birbaşa reportajlar təqdim edirlər, Zahid Səfəroğlu. Rauf Abbasov o Adamların namizədi necə ola bilər və ümumiyyətlə siz təsəvvürünüzə necə gətirə bilirsiniz ki, Rauf Abbasov bu Adamların “layiqli namizədidir”? Şaka yapdın, gülməsəm olmayacaq...

 

DEMƏSİ ZAHİDDƏN: "...arxaya yox, qabağa baxan, yaxşılığı unutmayan, keçmişlə deyil, gələcəklə uğraşan insandır"...

AÇMASI MƏNDƏN: Rauf Abbasov Zərdabi ənənələrini tapdalamaqla keçmişimizi çoxdan unudub. Gedək sizinlə birgə danışdıraq İsa Qəmbəri, onun Rauf Abbasov üçün etdikləri burnundan piltə-piltə gələr. Rauf Abbasov "kral öldü, yaşasın kral"prinsipiylə bundan ona, ondan buna söyləməklə kölgədə özünü günə verən adam olub. Danışdıraq Fərəməz Novruzoğlunu?

 

DEMƏSİ ZAHİDDƏN: "...Rauf Arifoğluna qarşı çirkin kampaniya, sayğısızlıq “Yeni Müsavat”a, bütövlükdə “Yeni Müsavat” media qrupuna, böyük bir kollektivə, ünlü qələm sahiblərinə sayğısızlıqdır. Özünü uzun müddətə bu kollektivin hədəfinə gətirmək və təcrid eləmək deməkdir"...

AÇMASI MƏNDƏN: "Rauf Arifoğluna qarşı aparılan çirkin kampaniya" elə Rauf Abbasovun özünə və rəhbəri olduğu üçün həm də "Yeni Müsavat" mediya qrupuna aiddir. Sizin dediyiniz kimi "ünlü qələm sahiblərinə aid" deyil. Və nədən də bu, belə anlaşılmalıdır. Rauf Abbasovdan mətbuatın məsum cocuğu düzəltmək istəyirsinizsə, bu, sizin öz inancınız və bütlərə sitayiş kompleksinizdən irəli gələn bir şey. Şəxsi istəyinizi heç kimin adına zorən pərçimləməyin. Zatən Rauf Abbasovun mətbu və siyasi fəaliyyətinin əsas ana xəttini elə belə pəpçimlənmələr təşkil edib. Xidmətlərinə görə də ödülləndirilib...

VƏ...VƏ SONLUQ: Zahid Səfəroğlu, siz Raufdanmı öyrəndiniz dünən dediyini bu gün danmağı? Nə oldu, siz Zahid Səfəroğlu yazınızın bir yerində vurğulayırsınız ki, "Rauf Arifoğlunda düşmənçilik, qisas hissi yoxdur", ancaq elə həmin yazınızdaca deyirsiniz ki, "Rauf Arifoğluna qarşı çirkin kampaniya, sayğısızlıq ...özünü uzun müddətə bu kollektivin hədəfinə gətirmək və təcrid eləmək deməkdir"... Necə başa düşək sizin bu qənaətinizi, Zahid Səfəroğlu. Nə oldu, bəs bir az yuxarıda qeyd edirdiniz ki, bu adamda qisasçılıq hissi yoxdur, indisə “uzun müddətə hədəfə çevrilmə” düsturunun Rauf Abbasov variantını təqdim edirsiniz. Rauf Abbasov kimi mətbu mollanızdan öyrəndinizmi belə davranmağı?  

Müxalifətin iqtidarı, iqtidarın da müxalifəti rolunu siyasi səhnədə canlandırmaq üçün maraqlı tərəflər Raufkimilərin əməyindən istifadə edirlər. Amma öz aramızdır, siz də deyəsən publisistik bicliklə sabah üçün özünüzü belə icbari qaydada sığortalayırsınız, eləmi? Oyunun olsun, ay Zahid Səfəroğlu...

 

Deyir mollalar adətən ölüləri daha çox istəyirlər. Çünki ölülərdən halva yeyən mollalar dirilərdənsə töhmət yeyir. Və mollanın bağrı onda çatlayır ki, iki yerə birdən ehsana çağırırlar. Abbasov Rauf da indi həmin durumdadır: bir yandan mətbu sferada ona verilən geniş imkanlar, başqa bir yandan da Milli Məclis adlı zəfəran həsrəti?...

Xəbər lenti

Əfqanıstan da koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb

İndiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Fəzail Ağamalının lider olduğu dairədə 11 seçki məntəqəsinin nəticələri ləğv edildi

Bu Seçki Dairəsinin də bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

MSK 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayəti təmin etməyib

MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayətini təmin etməyib

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

Koronavirusla bağlı İrana səfər edən vətəndaşlara XƏBƏRDARLIQ

Sabah Bakıda hava çiskin olacaq

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Bu gün magistraturaya qəbul imtahanı keçirilib

Səni bu günə kim salıb, Yardımlı?..

Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb

Ümumavropa Qarabağ Mitinqi baş tutdu

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Yetmişə nə qaldı?..

Fuad Əliyev ALDP-nin növbədənkənar Qurultayın çağırılmasını istəyir

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

İllər bir-birini əvəz etdikcə...

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

 

 

Sabah hava necə olacaq?

Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsi və komissarı ilə görüşəcək

Azərbaycan millisin hücumçusunu itirdi

Qaradağlı faciəsinin qurbanları anılıb - FOTO

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub