"Seçkilər arasında böyük fərq var"

08:52 30-04-2018 | icon 583 | Siyasət
"Seçkilər arasında böyük fərq var"

Azərbaycan və Ermənistanda eyni dövrdə seçkilər keçirilsə də, bu seçkilər arasında böyük fərq var.

 

Versus.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

 

Millət vəkili deyib ki, Ermənistan seçkidə çox ciddi səhv etdi və bu səhv də xalqın iqtidara qarşı çıxması ilə nəticələndi:

 

"Azərbaycan isə yeni seçkilərlə hakimiyyətini bir az da gücləndirdi. Seçkilərdən sonra hökümətin yenidən formalaşması, gənclərin hakimiyyətdə yer alması Azərbaycan iqtidarına inamı daha da artırdı. Bir neçə gün öncə Amerika Birləşmiş Ştantlarının beyin mərkəzlərindən biri Ermənistandakı vəziyyətlə bağlı açıqlama yayıb. Həmin açıqlamadan məlum olur ki, Ermənistan özünü elə bir vəziyyətə salıb, artıq orada baş verən hadisələr dünya ölkələri üçün maraqlı deyil. Ona görə də Azərbaycanla Ermənistanın vəziyyəti bir-biri ilə müqayisə olunacaq səviyyədə deyil".

 

T.Kərimli qeyd edib ki, Azərbaycanda güclü iqtisadi inkişaf, digər dövlətlərlə mehriban münasibət, qonşuluq siyasətinin inkişaf etdirilməsi prosesi gedir:

 

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Amma Ermənistanda bunların heç biri yoxdur. Ermnənistan iqtisadiyyatı məhv olub, qonşu ölkələrlə münasibətlər gərginləşib".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol