“Mən bəziləri kimi kreslo deputatı olmayacam” - FOTO

16:58 27-01-2020 | icon 430 | Foto&Video
“Mən bəziləri kimi kreslo deputatı olmayacam” - FOTO

KÖNÜL İSMAYILOVAnın növbəti görüşü Biləcəri sakinləri ilə olub

 

Binəqədi 10 saylı dairədən namizədliyini irəli sürmüş Könül İsmayılova seçicilərlə növbəti görüşünü Biləcəri qəsəbəsində ADY Biləcəri stansiyasının iclas zalında keçirib.

 

Versus.Az xəbər verir ki, seçiciləri ilə səmimi söhbət edən Könül İsmayılova seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planlar barədə ətraflı məlumat verib.

 

Seçiləcəyi təqdirdə bütün seçiciləri üçün əlçatan olacağını, ona göstərilən etimadı doğrultmağa çalışacağını deyən K.İsmayılova böyük bir komanda ilə prosesə qatıldıqlarını və müxtəlif sosial sorğular keçirərək insanları narahat edən problemləri araşdırıb öyrəndiklərini vurğulayıb. Bildirib ki, seçiləcəyi təqdirdə müşahidə edilən problemləri Milli Məclisdə qaldıracaq və yerli icra hakimiyyəti orqanları çərçivəsində onların həlli üçün əlindən gələni əsirgəmiyəcək.

 

Namizəd xanımı dinləyən seçicilər onu tanıdıqlarını, könüllü şəkildə fəal təbliğat-təşviqat kompaniyasına qoşulacaqlarını deyiblər.

 

K.İsmayılova millət üçün millətin vəkili olmaq istədiyini bildirib: “Şəxsi mənafeyim üçün millət vəkili olmaq istəmirəm. Siyasi partiya olaraq hər zaman islahatların, yeniliklərin tərəfində olmuşuq. Düşünürük ki, bu seçki ilə hər şey dəyişəcək. Bu səbəbdən də millət olaraq seçkidə fəal iştirak etməliyik. Mən hər zaman sadə insanların yanında olmuşam, olacam da. Qeyd etdiyim kimi, mən bəziləri kimi kreslo deputatı olmayacam”.

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ