DADP sədri: "Onlara da təşəkkür borcumuz var"

17:49 27-01-2020 | icon 491 | Siyasət
DADP sədri: "Onlara da təşəkkür borcumuz var"

ƏLİSAHİB HÜSEYNOV: "Bu da bizə, bizim seçki kampaniyamıza verilən dəstəyin bir formasıdır"

 

"Biz komanda olaraq bu seçki ərəfəsində hər kəsdən isti münasibət gördük. Bizi evlərinə dəvət edib bizimlə çay süfrəsi arxasında həmsöhbət olan, bizi dəstəkləyən əziz seçicilərimizdən, nurani-pirani el ağsaqqallarımızdan, ağbirçəklərimizdən tutmuş gənc könüllülərimizə qədər - hər kəsin sevgisini, sayğısını hiss etdik".

 

Versus.Az xəbər verir ki, bunu seçiciləri ilə görüşün təəssüratlarından danışan 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Əlisahib Hüseynov bildirib.

 

Xalqımızın böyük ruh sahibi, istiqanlı, mehriban, qonaqpərvər olduğunu qeyd edən deputatlığa namizəd deyib ki, hər bir insanımızın işıqlı iç dünyası var:

 

"Təbliğat-təşviqat kampaniyasının gedişində bizə göstərdikləri xoş münasibət və hər cürə dəstək də məhz içlərindəki, qəlblərindəki o işıqdan doğur. Həmçinin, posterlərimizin vitrinlərdə yapışdırılmasına icazə verən mağaza və ofis sahiblərinə də sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Sağ olsunlar! Bu da bizə, bizim seçki kampaniyamıza verilən dəstəyin bir formasıdır. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əhatə etdiyi ərazilərdə posterlərin yapışdırılmasına bir çox obyekt sahibləri məmnuniyyətlə razılıq veriblər. Mən öz adımdan da, əməkdaşlarımız adından da onların hər birinə təşəkkür edirəm. İnsanlarımızla gerçəkdən qürur duyuram".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı