"Onları seçki qanunu pozduqlarına görə seçkilərdən kənarlaşdırın"

00:22 28-01-2020 | icon 481 | Siyasət
"Onları seçki qanunu pozduqlarına görə seçkilərdən kənarlaşdırın"

Aslan İsmayılov MSK sədrinə müraciət edib

 

Vəkil Aslan İsmayılov Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahova bəzi namizədlərin seçiciləri pulla ələ almaq cəhdləri ilə bağlı müraciət ünvanlayıb.

 

Versus.Az A.İsmayılovun həmin müraciətini olduğu kimi təqdim edir:

 

"Bu gün Sizin seçiciləri pulla ələ almaq cəhdini pislədiyiniz fikirinə rast gəldim və buna görə təşəkkür edirəm. Düzünü desəm bunu Sizdən gözləmirdim. Əgər fikirlərinizdə səmimisinizsə sizdən xahiş edirəm, onları seçki qanunu pozduqlarına görə seçkilərdən kənarlaşdırın, çünki həmin əməlləri törədən namizədlər hamı kimi sizə də bəllidir.

YAP-ın icraçı katibi Əli Əhmədovun başçılığı ilə YAP nümayəndələrinin qələbəsini təmin etmək üçün bir sıra qalib gəlmək imkanları real olan namizədlər cürbəcür təzyiqlərlə, hədə-qorxularla seçkilərdən imtina etməyə məcbur ediliblər.

Bundan başqa, yenə eyni məqsədlə eyni adamlar inzibati resurslardan istifadə etməklə müəllimləri, digər peşə sahiblərini, icra hakimiyyəti işçilərini YAP namizədələrinin görüşünə gəlməyə məcbur edirlər. Bu qanunsuz əməllərin hamısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəfələrlə seçkilərin şəffaf keçirilməsi vədinin kobud pozulmasıdır.

Bu biabırçılıqları aradan qaldırmaq isə sizin birbaşa vəzifə borcunuzdur. Xahiş edirəm, seçki gününə qalmış az müddət ərzində bütün qanun pozuntularına yol verən namizədlərin seçkilərdən kənarlaşdırılmasını təmin edin".

 

Qeyd edək ki, A.İsmayılovun sosial mediada ictimailəşdirdiyi videoda saxta yolla ətrafında seçici görüntüsü yardan, əslində isə avtobuslarla pul gücünə başqa yerdən "seçici" gətirən namizədlə bağlı şok görüntülər var.

 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI