Keçmiş məhkum silahla yaxalandı

09:53 28-01-2020 | icon 419 | Hadisə
Keçmiş məhkum silahla yaxalandı

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Versus.Az-a verilən məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

 

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Hüseynov tutulub.

 

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

 

Faktla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol