Ermənilərin Şuşa yaxınlığında mülki vertolyotu vurmasından 28 il ötür
Şuşa şəhəri yaxınlığında vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür.
Versus.Az xəbər verir ki, 1992-ci il yanvarın 28-də Ağdamdan uçan Mi-8 tipli mülki vertolyot Şuşa rayonunun Xəlfəli kəndi üzərində vurulub.
Erməni silahlı birləşmələrinin Xankəndi istiqamətindən açdığı atəş nəticəsində vurulan vertolyotda 41 sərnişin və 3 ekipaj üzvü olub.
Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər və ekipaj üzvləri - 44 nəfərin hamısı həlak olub.
Həmin kütləvi qətliamdan 28 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Xəbər lenti
Klipi üçün 10 kilo çəki atdı
Pərviz Mahmudov "Vurulmuşam" dedi