Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib

10:23 28-01-2020 | icon 478 | İdman
Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib

Buna Asiya ölkəsində yayılan virus səbəb olub

 

Çində yayılan virus daha bir idman növü üzrə Olimpiya Təsnifat Turnirinin yerinin dəyişdirilməsinə səbəb olub.

 

Versus.Az xəbər verir ki, Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) qadınlardan ibarət yığmaların Tokio-2020-yə vəsiqələr uğrunda turnirinin Çinin Foşan şəhərində deyil, Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.

 

Buna Asiya ölkəsində yayılan virus səbəb olub. FİBA idmançıların təhlükəsizliyini düşünərək bu addımı atıb. Artıq 81 nəfərin ölümünə səbəb olan koronavirusa yoluxanların sayı 2886-ya çatıb.

 

Yarışın tarixi isə dəyişməz qalıb. Turnir fevralın 6-9-da keçiriləcək. Digər iki təsnifat turniri isə planlaşdırıldığı kimi Fransa və Belçikada olacaq.

 

Qeyd edək ki, bunadək boksçuların Olimpiya Təsnifat Turniri də eyni səbəbə görə Çindən başqa ölkəyə keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol