Deputatlığa namizəd merə müraciət edib

19:03 28-01-2020 | icon 518 | Siyasət
Deputatlığa namizəd merə müraciət edib

FUAD ƏLİYEV sakinlərin şikayətlərini ictimailəşdirdi

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev seçicilərin xahisini yerinə yetirərək Bakı Şəhər İcra Hakimiyyətinin başçı Eldar Əzizova məktub ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, bir müddət öncə Bakıxanov qəsəbəsi, Aşraf Yunusov küçəsi, ev 6A binanın sakinləri ilə görüşdə onların yaşayış şəraitilə tanış olan 26 saylı Sabunçu Birinci seçki dairəsindən namizəd Fuad Əliyev bu məsələdə onlara köməklik edəcəyinə söz vermişdi.

 

Qeyd edək ki, vətəndaşlar yol problemindən, binaların qəzalı olmasından, zirzəmilərin çirkab suları ilə dolmasından, həyətlərdə uşaqların əyləncəsi üçün şəraitin olmamasından şikayət ediblər. Ən əsası binanın insanlar üçün yararsız və təhlükəli olduğunu diqqətə çatdırıblar.

 

Fuad Əliyev məktubda qeyd edir:

"Yaşadıqları binanın hələ 1960-cı ildə yararsız olduğunu qeyd edən vətəndaşlar binanın təhlükəli olduğunu bildiriblər. Dam örtüyünün yararsız, divarlarda nəmişliyin, istilik və kanalizasiya sisteminin işlənmədiyinin şahidi oldum. Vətəndaşlar bu şəraitdə böyüklərin və uşaqların tuberkulyoz, böyrək və başqa ciddi xəstəliyə düçar olduqlarından şikayətlənirdilər. Sakinlər bu binadan köçürülməklə bağlı müvafiq qurumlara onlarla məktub yazdıqlarını bildirdilər".

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı