Həkimlər bənzəri olmayan hərəkətlə ananı xilas etdilər - VİDEO

01:31 29-01-2020 | icon 1108 | Maraqlı
Həkimlər bənzəri olmayan hərəkətlə ananı xilas etdilər - VİDEO

Hindistanın Odiş ştatında gənc həkim və köməkçiləri xəstəni səkkiz saat xərəkdə daşıyaraq onun həyatını xilas ediblər.

 

Bu barədə “Newsflare” xəbər yayıb.

Bildirilir ki, Radheşyam Cena adlı tibb işçisi ştatın cənub qərbində ucqar dağ kəndinə uşaqlara poliomielit əleyhinə peyvənd vurmaq üçün gedibmiş. Burada o, ağır doğuş keçirən yerli sakinlərdən birini görür.

 

Qadın əkiz uşağa hamilə olsa da, uşaqlardan biri dünyaya gəlib. Qanaxma səbəbindən qadının vəziyyəti ağırlaşır. Cena da qadına ancaq xəstəxanada kömək etməyin mümkün olduğunu anlayıb.

 

Ən yaxın xəstəxana dağlıq ərazidən keçməklə 30 km məsafədə olub. Qadını xərəkdə aparmaq lazım gəlib. Altı assistent və qadının iki yaxın qohumu birgə onu səkkiz saat çiyinlərində aparıblar.

 

Tibb işçiləri ölü doğulan ikinci uşağın həyatını qurtara bilməsələr də, qadını xilas ediblər. Hazırda onun həyati təhlükəsinin olmadığı bildirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür