Mədə xorasına 60 yaşdan yuxarı daha çox rast gəlinir

02:39 29-01-2020 | icon 1135 | Sağlamlıq
Mədə xorasına 60 yaşdan yuxarı daha çox rast gəlinir

Nərminə Abbasova: “Bu halda müalicə yalnızca cərrahi olaraq aparılır”

 

“Xora mədə və onikibarmaq bağırsağın mədə turşusu və həzm mayelərinin təsiri nəticəsində yaranan toxuma itkisidir. Toxuma itkisi pepsin fermentinin təsiri nəticəsində daha dərin qatlara keçə bilər. İnflamasiya dediyimiz yara meydana gətirə bilər.

 

 

Bunu Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA deyib.

 

Həkim-terapevt bildirdi ki, onikibarmaq bağırsaq xorası mədə xorasına nisbətdə daha çox görülür. Onun sözlərinə görə, onikibarmaq bağırsaq xorası 30-50 yaş arası rast gəlinir və kişilərdə qadınlara nisbətən 2-4 dəfə daha çox görülür. Mədə xorası isə 60 yaşdan yuxarı daha çox rast gəlinir və qadınlarda kişilərə nisbətən daha çox görülür:

 

“Ən çox görülən əlamət qarnın üst hissəsində yanma şəklində olan ağrıdır. Ağrı ümumilikdə qida qəbulundan bir müddət sonra başlayır. Ağrı gecə xəstəni yuxudan oyadır. Qida qəbulu ilə və mədə turşuluğunu azaldan dərmanlarla ağrı bir neçə dəqiqə ilə bir neçə saat arasında azalır. Payız aylarında ağrıların intensivliyi artır”.

 

Nərminə xanım qeyd etdi ki, xora olan xəstələrdə daha az meydana gələn əlamətlər bulantı, qusma, iştahsızlıq və arıqlamadır:

 

“Ən böyük səbəb Helikobakteri Pilori bakteriyasıdır və düzənsiz istifadə olunan aspirin və digər QSİƏM dərman preparatlarının qəbuludur. Digər səbəblər arasında genetik meyillilik, hər növ stress, hormon tipli dərmanlar, alkoqol, siqaret çəkmə, kofe qəbulu, ətraf mühitin çirkliliyi göstərilə bilər”.

 

N.Abbasova bildirdi ki, Xora xəstəliyinin təhlükəli nəticələri qanama və mədənin deşilməsidir:

 

Həzm sistemi qanaxmalarının ən böyük səbəbi xoradır. Bəzən heç vaxt mədə ağrısı olmayan insanlarda da görülə bilər. Böyük bayıra gedərkən qara qətran rəngli nəcis olur. Başqa əlamətlər olmadan bu tip böyük bayıra gedərkən bu halnan rastlaşan insanlar təcili olaraq həkimə müracət etməlidirlər. Qusma və qara nəcis olmadan ani gələn halın pisləşməsi, soyuq tərləmə hallarında üst qastrointestinal qanamadan şübhələnilməlidir”.

 

Həkim deyir ki, mədənin deşilməsi mövcud xoranın dərinliyinin artması və bütün mədə-duedenum qatlarının keçilib deşilməsidir:

 

“Mədə turşusu-pepsin tərkibli qarışıq qarın boşluğuna keçib birdən-birə şiddətli ağrı yaradır. Qarın taxta kimi sərtləşir, tərpənmə və yerimə ağrı səbəbindən çətinləşir. Bu halda müalicə yalnızca cərrahi olaraq aparılır”.

 

DİQQƏT!

Əgər xora haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol