Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

18:11 19-09-2023 | icon 1345 | Siyasət
Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

Mahir Abbaszadə: “Ağ bayraq qaldıraraq Azərbaycanın bütün şərtlərini qəbul etməlidilər, əks təqdirdə...”

 

Azərbaycanın Ermənistana və 44 günlük savaşdan sonra Qarabağ ərazisində gizlənən xunta rejiminə dialoq təklifinin limiti bitdi. Azərbaycanın sülh təklifinə hərbi təxribat, terrorla cavab verən ermənilərlə sentyabrın 19-da növbəti dəfə başa öz düşdükləri dildə danışıldı. Mina terroru nəticəsində 9 şəhid verən Azərbaycan antiterror əməliyyatına başladı.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Mahir Abbaszadə bəyan edib ki, 44 günlük II Qarabağ müharibəsində Ermənistan kapitulyasiya aktına imza ataraq qeyri-qanuni silahlı birləşmələrini ərazilərimizdən çıxarmalı idi. Məlum 10 noyabr üçtərəfli bəyannaməsinin 4-cü bəndinin icra edilməsində cavabdehlik daşıyan rus sülhməramlıları bu prosesi icra etməli idi. Lakin müharibədə əldə etdiyimiz qələbədən 3 il keçməsinə baxmayaraq Ermənistan silahlı qüvvələri nəinki Qarabağ bölgəsindən çıxarıldı, əksinə əlavə silah -sursatla təmin edildi.

 

Deputat qeyd etdi ki, Azərbaycanın Qarabağ bölgəsində gediş-gəliş yolları minalandı və Ermənistan tərəfi bölgədə hərbi riski artırmaq üçün durmadan işlər apardı:

 

“Azərbaycan Qarabağda yaşayan erməni icmasının rəhbərlərinə, ermənilərə dəfələrlə müraciət edərək onları revanşist niyyətlərindən əl çəkib, danışıqlara dəvət etdi. Azərbaycan Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün əlindən gələni etdi. Azərbaycan işğala məruz qoyulan tərəf olsa da, dəfələrlə bu istiqamətdə addımlar atdı. Təəssüflər olsun ki, Qarabağda yaşayan və fəaliyyət göstərən erməni xunta rəhbərliyi bu danışıqlara laqeydlik nümayiş etdirir, əvəzində erməni silahlı qüvvələrinin sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətdilər. Bunun son nümunəsi Qarabağda diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində Füzuli-Şuşa yoluna minaların basdırılması və burada Azərbaycan silahlı qüvvələrinə aid olan insanların, eyni zamanda Avtomobil Yolları Agentliyinin işçilərinin minaya düşməsi, şəhid olmaları faktıdır”.

 

M.Abbaszadə bildirib ki, Azərbaycan birtərəfli qaydada sülhü təmin edə bilməz və artıq Qarabağda lokal antiterror  əməliyyatları başlamalı idi. Deputat bir daha bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir, bu ərazilərdə digər ölkənin silahlı birləşməsi olmamalıdır:

 

“Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatları bu ərazilərdə fəaliyyət göstərən erməni silahlı birləşmələrinin tərksilah edilməsinə hesablanıb və Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatları mülki şəxslərə qarşı yönəlməyib. Ancaq hərbi istehkamlar və hərbi obyektlər dağıdılacaq. Bu proses Qarabağda fəaliyyət göstərən xunta özünü buraxana qədər davam edəcək. Separatçı rejimin qondarma parlamenti, nazirlər kabineti özünü buraxdığını elan etməli və ağ bayraq qaldıraraq Azərbaycan tərəfinin bütün şərtlərini qəbul etməlidir. Əks təqdirdə, Azərbaycan ordusu Qarabağda son silahlı şəxs qalana qədər bu əməliyyatları davam etdirəcək. Çünki Qarabağ Azərbaycanın hüquqi ərazisidir, bütün ərazilərimizdə Azərbaycan qanunları işəməlidir”.

 

M.Abbaszadə eyni zamanda Qarabağ iqtisadi rayonunun bütün ərazisində aparılan hərbi əməliyyatların Qarabağda, sərhədlərimizdə davamlı təhlükəsizliyin və sülhün əbədi olmasına hesablandığını qeyd edib. O, böyük inamla bildirib ki, bu əməliyyatlar uğurla başa çatacaq və biz bütövlükdə bu ərazilərdə Aərbaycan qanunlarının, Azərbaycan hakimiyyətinin, Azərbaycan konstitusiyasının təmin edilməsinə nail ola biləcəyik.

 

M.Abbaszadə antiterror əməliyyatlarının Qarabağa, Qarabağ iqtisadi rayonuna, Şərqi Zəngəzur iqtisadi rayonuna köçürülən insanların təlükəsizliyini ən yüksək səviyyədə təmin edəcəyini əminliklə bildirib:

 

“Azərbaycan dövləti apardığı antiteror əməliyyatları ilə torpaqlar işğaldan azad etdikdən sonra aparlan sürətli bərpa-quruculuq prosesinin qarşısındakı təhlükəni aradan qaldırmış olacaq. Bu gün keçirilən antiterror əməliyyatlarının bərpa-quruculuğun həyata keçirilməsində iştirak edən şirkətlərin, işlə təmin olunan insanların bu ərazilərdə rahat, təhlükəsiz fəaliyətini davam etirmələri üçün mühüm əhəmiyyət daşıyır.

Bununla da Azərbaycan dövləti həm Qarabağda, həm Şərqi  Zəngəzurda quruculuq prosesində iştirak edən insanların, həm də daimi ata-baba yurdlarına köçüb yaşayan insanların təhlükəszlik tədbirlərinin həyata keçirilməsini təmin edilmiş olur”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR