Dağlıq Qarabağ və “Aland modeli”ndən bəhs edən kitabın təqdimatı keçirilib

11:30 29-01-2020 | icon 501 | Qarabağ
Dağlıq Qarabağ və “Aland modeli”ndən bəhs edən kitabın təqdimatı keçirilib

İsveç Krallığının Malmö Universitetinin dosenti Kamal Makili-Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağ və Aland adalarının müqayisəli tədqiqi” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə çıxış edən BMTM rəhbəri Fərid Şəfiyev kitab haqqında qısa məlumat verib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində irəliləyişin olmadığını qeyd edib.

 

“Aland adaları modeli” münaqişənin hansı parametrlər çərçivəsində həllini müəyyənləşdirməyə kömək edir”, - deyə F.Şəfiyev vurğulayıb.

 

BMTM-nin əməkdaşı Fuad Çıraqov Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bu torpaqların Azərbaycana məxsus olduğunu və bu faktın beynəlxalq hüquqa əsaslandığını qeyd edib:

“Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman ümidlər var idi ki, yeni hakimiyyət, yeni üzlər münaqişənin həllinə töhfə verəcək, danışıqlarda irəliləyişə təkan verəcək. Lakin bunun tam əksi müşahidə olunmaqdadır. Paşinyan əvvəlki hökumətin siyasətini davam etdirir, onlar substantiv danışıqlara hazır deyil. Paşinyan hökuməti əvvəlcə danışıqların formatını dəyişməyə cəhd etdi. Onlar əvvəlcə danışıqlarda Dağlıq Qarabağın erməni əhalisinin iştirakını tələb etməyə başladı və daha sonra Ermənistan Baş Naziri Xankəndində çıxış edərək bu ərazilərin Ermənistana məxsus olduğunu iddia etdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Klubunda çıxışı zamanı bu iddialara əsaslı cavab verdi”.

 

Daha sonra çıxış edən kitabın müəllifi Kamal Makili-Əliyev kitab haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ictimai beynəlxalq hüquqa əsaslanaraq yazılan kitabda müqayisəli analizdən istifadə olunub. Kitabın müəllifi əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi digər münaqişələrlə müqayisə olunub və hətta ATƏT-ə üzv ölkə kimi illər öncə İsveç hökuməti bu modeli münaqişə tərəflərinə təklif edib.

Tədbir çıxışlarla başa çatıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi