Bakı-Pirşağı elektrik qatarlarının sayı artırılır
Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır.
Bu barədə Versus.Az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək:
"Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir".
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"